
Ali Baş Komandanın iradəsi və müzəffər Azərbaycan ordusunun şanlı qələbəsi nəticəsində bu gün işğaldan azad edilmiş ərazilərimizdə quruculuq işlərinə start verilmişdir. Yol, işıq mədəniyyətdir. Cənab Prezidentin Sərəncamlarına əsasən ilk olaraq işğaldan azad olunmuş torpaqlarımıza yollar çəkilməyə başladı. İlk Su Elektrik Stansiyası isə Laçında açılmaqla həm dünya dövlətlərinə, həm də ölkə daxili opanentlərə mesaj verildi ki, biz tutduğumuz yola sadiqik. Tarixi ədalət bərpa olunub. İndi isə bərpa işləri gedir. Bu Su Elektrik Stansiyası Laçın rayonunun cənubunun və ətraf ərazilərdə yerləşən digər infrastruktur layihələrinin elektriklə təmin edilməsində, yaxın dövrlər üçün böyük əhəmiyyətə malikdir. Bu isə onu göstərir ki, bölgədə infrastrukturun inkişafı əsas prioritetdir və müzəffər Ali Baş Komandanının rəhbərliyi altında buna nail olacağıq. Bundan sonra biz bu torpaqlarda əbədi yaşayacağıq. Bu gün hər bir Laçınlı əmindir ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında Qarabağ cənnətə çevriləcək, işğaldan azad olunmuş bu gözəl məkanda həyat yenidən canlanacaq, insanlar öz yurdlarına qayıdacaq və böyük quruculuq işləri həyata keçiriləcəkdir.
Ramidə İbrahimova,
YAP Sabunçu rayon təşkilatı Qadınlar Şurasının sədri, 36 saylı BŞX-nın Baş həkimi