Kəlbəcər rayonunun 2020-ci il 25 noyabr tarixində işğaldan azad olunması ilə əlaqədar

Kəlbəcər rayonunun 2020-ci il 25 noyabr tarixində işğaldan azad olunması ilə əlaqədar
2020-ci il Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Belə ki, 30 ilə yaxın həsrətində olduğumuz Qarabağımıza Ümummilli Liderimizin layiqli davamçısı,Ali Baş Komandanımız İlham Əliyevin başçılığı ilə igidlərimiz tərəfindən düşmənin başına “Dəmir Yumruq” vurulması sayəsində qovuşduq. 25 noyabr tarixində öz ata-baba torpağı olan Kəlbəcərdən məcburi qaçqın olmuş həmvətənlərimiz 1993-cü il 2 aprel tarixində ermənistan respublikası silahlı qüvvələri tərəfindən işğal edilmiş Kəlbəcərin düşmən tapdağından azad olduğunu Ali Baş Komandanımızdan eşitdilər. Onların sevinc gözyaşlarını görmək necədə gözəl bir hiss idi.
Kəlbəcərin yaşayış məntəqəsi qaya üzərində yerləşir. Məhz "Kəlbəcər" toponiminin mənşəyi qədim türk dilində “çay üstündə qala” deməkdir. Kəlbəcər qədim yaşayış məskəni olubdur. Belə ki, Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilmişdir. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərə aid olduğu sübut edilib. 1930-cu ildə Kəlbəcərə inzibati rayon statusu verilmişdir. Ərazisi 3054 kv. km, işğala qədər əhalisi isə 53 478 nəfər təşkil edirdi. Rayonda 1 şəhər, 1 qəsəbə, 145 kənd və 55 inzibati ərazi dairəsi mövcud idi. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanılmışdır ki,bu da rəsmi İrəvanın hərbi cinayətlərindən bir nümunədir. BMT Təhlükəsizlik Şurasının 30.04.1993-cü il tarixli 822 saylı Qətnaməsində işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın bütün digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunsada rəsmi İrəvan həmin Qətnaməni icra etmədi.
II Qarabağ müharibəsi dövründə Cənab Ali Baş Komandanımız Prezident İlham İlham Əliyev öz çıxışında demişdir; - “İkinci Qarabağ müharibəsinin ilk günlərində döyüşlər gedən zaman Kəlbəcərin şimal hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçılardan azad edilmişdir. Biz Kəlbəcərin şimal hissəsində strateji yüksəklikləri götürərək erməni silahlı qüvvələrinin hərəkətlərini bu istiqamətdə böyük dərəcədə məhdudlaşdıra bildik və faktiki olaraq onlar Basarkeçər-Kəlbəcər yolundan istifadə edə bilmədilər. Bəzi istiqamətlərdə strateji nöqtələri götürərək Ermənistan ordusunun hərəkətlərini demək olar ki, iflic vəziyyətə salmışdıq”.
. Vətən müharibəsində əldə etdiyimiz Qələbə nəticəsində 10 noyabr 2020-ci il tarixli imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu bir güllə atılmadan Azərbaycana təhvil verildi. Bununlada Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edilmişdir. Prezident İlham Əliyevin sərəncamları ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9454 hərbi qulluqçusu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. 26 iyun 2022-ci ildə Kəlbəcərdə yeni yaradılmış komando qüvvələrinin hərbi hissəsinin açılış mərasiminin təşkili ölkəmizin müdafiə potensialının göstəricisidir.
Bütün azad edilmiş ərazilərimizdə sürətlə bərpa,yenidənqurma işləri aparılır. Qarabağ yeni inkişaf dövrünə qədəm qoymuşdur. Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağında inşa olunacaq 11.6 kilometrlik tunel regionun böyük logistik layihəsidir. Göygöl və Kəlbəcər rayonlarını birləşdirən avtomobil yolunun layihə uzunluğu 81 kilometr təşkil edir. Avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 2-4 hərəkət zolaqlı olmaqla 1-ci və 2-ci texniki dərəcəyə uyğun olaraq inşa edilir. Layihənin 16-cı kilometrlik hissəsindən Murovdağ silsiləsi başlanır və 1900 metr yüksəklikdən Murovdağ zirvəsinədək, 3260 metrə qədər artır. 26 iyun 2022-ci il tarixində Prezident İlham Əliyevin iştirakı ilə Kəlbəcər rayonunda “İstisu” sanatoriyasının təməlqoyma mərasimi də keçirilmişdir.

Oxşar xəbərlər