Kəlbəcər artıq öz sahiblərinə qovuşub

Kəlbəcər artıq öz sahiblərinə qovuşub 30 min ildən çox tarixi olan Kəlbəcər öz füsunkarlıgı ilə həmişə diqqət mərkəzində olmuşdur. Kəlbəcər rayonu 1993 cü il aprelin 2_də Ermənistan Silahlı Qüvvələri tərəfindən işgal edilmişdir.Lakin Ali Baş Komandanımız,uzaqgörən daxili və xarici siyasəti ilə dünyada öz sözünü deməyi bacaran İlham Əliyevin ugurlu qələbəsi ilə sonlanan 25 noyabr üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu işgaldan azad edilmiş, Azərbaycan Respublikası Silahlı Qüvvələri rayona daxil olmuş və nəzarəti ələ almışdır.30 ildir öz əsl sahiblərini gözləyən Kəlbəcər üçrəngli Azərbaycan bayragının kölgəsində yeni həyata qədəm qoymuşdur. Kəlbəcərin bərəkətli torpaqlarında artıq yenidən yaşayış binaları, xəstəxanalar, aşıq mərkəzi və digər tikililərin inşasına başlanmışdır.Kəlbəcər qərbdə Ermənistan Respublikası, şimalda Daşkəsən, Göy- göl, Goranboy, şimali şərqdə Tərtər, şərqdə Agdam, Xocalı, cənubda Laçın rayonları ilə həmsərhəddir. Kəlbəcər Azərbaycanın ən yüksək dag rayonudur. Ən hündür zirvəsi Camışdag ( 3724m ) və Dəlidagıdır ( 3616m) hündürlüyündədir. Kəlbəcər rayonu faydalı qazıntılarla, o cümlədən qızıl , xrom, civə yataqları ilə zəngindir. Nə xoş ki, bu zənginlikdən yenidən Azərbaycan xalqı faydalana biləcək. Sənaye əhəmiyyəti olan civə ehtiyatları Kəlbəcər rayonundakı Şorbulaq, Agyataqda, Löhçayda, qızıl ehtiyatları Zod, Agbuzdag, yataqda, xromit Göydərə yataqda yerləşir. Kəlbəcərə dünya şöhrəti qazandırmış Yuxarı İstisu, Aşagı İstisu, Keşdək, Qarasu, Mozçay, Bagırsaq, Qotursu, kimi çox böyük müalicə- bolneoloji təsirə malik mineral su yataqları yenə öz əvvəlki şöhrətinə qovuşacaq. Kəlbəcər yenə də, xarici qonaqlarını, turistləri öz sərvətləri və gözəllikləri ilə valeh edəcək. Erməni vandallarının məhv etmək istədiyi rayonlar əvvəlkindən daha gözəl və müasir olacaq! Artıq Kəlbəcər azaddır ! Kəlbəcər azad olduqdan sonra Ali Baş Komandanımız İlham Əliyev dəfələrlə Kəlbəcərə səfərlər etmişdir. Və hər səfərində də, bu qələbənin əldə olunmasında ona dəstək olan Azərbaycan əsgərlərini, qaziləri, müqəddəs ruhlu Şəhidlərimizi böyük hörmət hissi ilə xatırlamışdır. Bəli, nə qədər ki, xalqın, ordunun arxalandıgı İlham Əliyev cənabları varsa, bu torpaqlar və Azərbaycan xalqı rahat nəfəs alacaq !
Məhbarə Calalova,Sabunçu qəsəbəsi 311nömrəli məktəbin ibtidai sinif müəllimi

Oxşar xəbərlər