Kəlbəcərin qaytarılması Azərbaycanın möhtəşəm tarixi Qələbəsinin daha bir göstəricisidir

Kəlbəcərin qaytarılması Azərbaycanın möhtəşəm tarixi Qələbəsinin daha bir göstəricisidir Kəlbəcər də Müzəffər Ali Baş Komandanın İkinci Qarabağ mühribəsində yürütdüyü hərbi-siyasi yolun davamı olaraq bir güllə atılmadan azad etdiyi tarixi torpaqlarımızdandır.

Azərbaycan Vətən müharibəsinin 44 günü ərzində 4 rayonu, Şuşa və Dağlıq Qarabağdakı digər torpaqlarımızın mühüm hissəsini hərbi yolla işğaldan azad etmişdisə, noyabrın 20-də Ağdamı, noyabrın 25-də Kəlbəcər rayonunu siyasi yolla nəzarəti altına keçirdi.

Bu, Azərbaycanın döyüş meydanında olduğu kimi diplomatik daışıqlarda da qalib olmasının göstəricisidir.

Kəlbəcərin qaytarılması Azərbaycanın möhtəşəm tarixi Qələbəsinin daha bir göstəricisidir. Bununla Azərbaycan BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsini, ümumilikdə isə, bütün qətnamələrini məhz özü hərbi-siyasi yolla yerinə yetirdi.

XXI əsr müharibəsini aparan Azərbaycan xalqı qalib, döyüşkən və müdrikdir.

1993-cü il aprelin 2-də Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfndən işğal edilmiş Kəlbəcər Azərbaycanın qədim yaşayış məskənlərindən biridir. Qədim türk dilində mənası “çay üzərində qala” mənasını verir. Rayon ərazisində 30 min ildən çox tarixə malik qədim yaşayış məskənləri mövcuddur. 1930-cu ildə inzibati rayon statusu almış Kəlbəcərdə 1 şəhər, 1 qəsəbə, 145 kənd, 55 inzibati ərazi dairəsi mövcud olmuşdur. Mənfur düşmənin işğalı nəticəsində 511 dinc sakin öldürülmüş, 321 nəfər əsir götürülmüşdür. Kəlbəcərin 60 min əhalisi respublikamızın 56 rayonunda müvəqqəti məskunlaşmağa məcbur olub. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcərrayonu ərazisində ermənilərin məskunlaşmasına başlanılıb.

Lakin 27 il sonra Azərbaycan xalqı özü beynəlxalq qanunların aliliyini və tarixi ədaləti bərpa etdi. 3 minə yaxın şəhid, müasir texnika ilə təchiz olunmuş müzəffər ordu və “Dəmir yumruq” sayəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən doğma Kəlbəcər Azərbaycana təhvil verildi.

Kəlbəcər ərazi baxımından Azərbaycanın ən böyük rayonlarından biridir. Rayon ərazisində sənaye əhəmiyyətli qızıl, civə, tuf, perlit, üzlük daş, qum-çınqıl qarışığı, mərmər, nefroid, obsidian, listvenit yataqları var.

Kəlbəcərin işğaldan azad edilməsi ilə Azərbaycanda turizm və mədən sənayesinin inkişafında yeni bir mərhələ başlayacaq.

İşğal altında qaldığı müddət ərzində həyata keçirilən qanunsuz istismarın, nəticədə vurulmuş ziyanın ödənilməsinə Ermənistan beynəlxalq hüquq çərçivəsində məcbubr ediləcək.

Prezident İlham Əliyevin sərəncamı ilə Kəlbəcərin azad edilməsi uğrunda aparılan döyüş əməliyyatında iştirak etmiş, igidlik və şücaət göstərmiş 9424 hərbi qulluqçu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

1921-ci il avqustun 16-da Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev azad olunmuş Kəlbəcər rayonunda səfərdə olmuş, orada Azərbaycan bayrağını qaldırmışdır.

Hazırda Kəlbəcər rayonunda bərpa-quruculuq işləri gedir. Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağda inşa olunacaq tunelin təməli qoyulub. “Kəlbəcər 1” Kiçik Su Elektrik Yarımstansiyasında görülən işlər müzakirə edilib.

Kəlbəcər Azərbaycandır!

Qarabağ Azərbaycandır!

Bakıxanov qəsəbəsi, 213 saylı tam orta məktəb-liseyin

tarix müəllimi Mahirə Mütəllimova

Oxşar xəbərlər