Prezidentin Kəlbəcər və Laçın səfəri tarixi hadisədir

Prezidentin Kəlbəcər və Laçın səfəri tarixi hadisədir Laçın və Kəlbəcər rayonları strateji bölgələr hesab edilir. Bu rayonlar 1992-1993-cü illərdə AXC-Müsavat hakimiyyətinin xəyanəti nəticəsində Ermənistan tərəfindən işğal edilmişdi. Bununla da Ermənistanla Qarabağ arasında quru əlaqəsi yaranmışdı. Bu da Azərbaycanın digər rayonlarının işğalına şərait yaratmışdı. Lakin 2020-ci ildə Prezident İlham Əliyevin diplomatik səyləri ilə bir güllə atılmadan düşmən işğalından tamamilə xilas olundular. Səfər zamanı çəkilmiş kadrlardan da görünür ki, hər iki rayonun yolları, relyefi necə sərt və çətindir. Qış aylarında orada hərbi əməliyyatlar aparmaq həqiqətən də böyük itkilərə səbəb ola bilərdi. Bu baxımdan Prezident İlham Əliyevin bir güllə atmadan hər iki rayonu düşmən işğalından azad etməsi möhtəşəm zəfərin nişanəsidir. Məhz, bu mənada Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Kəlbəcər və Laçın rayonlarına səfəri tarixi hadisə hesab edilməlidir.

İşğaldan azad olunmuş digər rayonlar kimi Kəlbəcər və Laçın da Prezident İlham Əliyevin göstərişi ilə bərpa olunur, cənnətə çevrilir. Dövlətimizin başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın səfər çərçivəsində Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağında inşa olunacaq 11.6 kilometrlik tunelin təməlini qoyması, tamamilə yenidən qurulan Kəlbəcər rayonunun ərazisində Lev çayı üzərində 4,4 MVt gücündə “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyası ilə tanış olması, 110/35/10 kV-luq “Kəlbəcər” yarımstansiyasının açılışında iştirak etməsi, uzunluğu 72,8 kilometr olan Kəlbəcər-Laçın avtomobil yolunun üzərində tikiləcək 3,4 kilometr uzunluğundakı tunelin, Laçın Beynəlxalq Hava Limanının təməlini qoyması bir daha Qarabağ və Şərqi Zəngəzurun cənnətə çevrilməsi prosesinin sürətlə reallaşdırıldığını isbat edir və Azərbaycan hakimiyyətinin iradəsini nümayiş etdirir.

Həsənov Əlfəddin, Sabunçu bələdiyyəsinin sədri

Oxşar xəbərlər