Prezidentin səfəri bir çox aspektlərdən xüsusi əhəmiyyət daşıyır

Prezidentin səfəri bir çox aspektlərdən xüsusi əhəmiyyət daşıyır Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Kəlbəcər və Laçın rayonlarında səfərdə olublar. Səfər zamanı bir sıra yeni layihələrin təməli qoyulub. Prezident arıçılıq təsərrüfatları ilə tanış olub, onlarla söhbət edib.

Ermənilər danışıqlar zamanı israrla Laçın və Kəlbəcəri Azərbaycana verməməyə çalışırdılar. Prezident İlham Əliyevin prinsipiallığı, qətiyyətli mövqeyi və Azərbaycan ordusunun rəşadəti nəticəsində digər rayonlarımız kimi Kəlbəcər və Laçın da işğaldan azad olundu. Vaxt var idi ermənilər Kəlbəcər və Laçına səfərlər təşkil edir, bunu sosial şəbəkələrdə paylaşır və Azərbaycan xalqını qıcıqlandırmağa çalışırdılar. Artıq digər rayonlarımız kimi, Kəlbəcər və Laçın da bizimdir və əbədi olaraq bizim olacaq. Bu həm də Ermənistana və onun havadarlarına bir mesajdır ki, xam xəyallara düşməyin. Artıq 90-cı illərin əvvəlləri deyil. Azərbaycan xalqı bir daha heç zaman ermənilərin torpaqlarımızın işğalına cəhd etməyə belə imkan verməyəcək. Ermənistan bilməlidir ki, onun bir yolu var o da sakit-dinməz sülh sazişini imzalamaq.

Əgər, Ermənistan yenidən təxribatlara davam etsə bunun vəbalı çox ağır olacaq və Ermənistan daha ağır duruma düşəcək. 44 günlük müharibə zamanı baş verənləri ermənilər unutmamalıdırlar. Səfərdə digər mesaj Azərbaycanın qısa müddətdə işğaldan azad etdiyi ərazilərdə yüksək quruculuq işlərinə başlaması və bölgənin dünyanın ən abad və gözəl məkanlarından birinə çevirmək niyyətidir. Artıq yolun çəkilməsinə başlanılıb, su elektrik stansiyaları bərpa olunur. Yaxın zamanlarda işğaldan azad olunmuş ərazilərdə yeni kənd və qəsəbələrin salınmasına başlanılacaq.

Məmmədova Reyhan, 68 saylı orta məktəbin ibtidai sinif müəllimi

Oxşar xəbərlər