Azərbaycan idmanının yüksəlişi həm də dövlətimizin yüksəlişi deməkdir, çünki bayrağımız ucaldıqda, dövlətimizin nüfuzu daha yüksək zirvələrə doğru ucalır

Azərbaycan idmanının yüksəlişi həm də dövlətimizin yüksəlişi deməkdir, çünki bayrağımız ucaldıqda, dövlətimizin nüfuzu daha yüksək zirvələrə doğru ucalır Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə Avropa çempionatında Azərbaycan 3 qızıl, 6 gümüş və 7 bürünc medal olmaqla 16 medal qazandı. İdmançılarımız bir daha Azərbaycan idman şöhrətini yüksəklərə qaldırmışlar. Həm sərbəst güləş, həm yunan-Roma güləşi üzrə komandalarımız Avropada birinci oldular. Bu çox böyük qələbədir, uğurdur. Avropada birinci olmaq böyük qələbədir. Azərbaycanın istənilən idman növündə birinci olmağı böyük uğurdur.
Aprelin 8-də Azerbaycan Prezidenti İlham Əliyev Macarıstanda keçirilmiş güləş üzrə Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvlərini qəbul etdi. Onları bu qələbə münasibəti ilə təbrik etdi. Çünki bu qələbə hamımızın qələbəsidir.
Cəmi 44 gün ərzində böyük tarixi Qələbə qazanmış xalqı təmsil etmək həm böyük qürur, həm də məsuliyyətdir. Bu tarixi qələbəni bizə yaşadan möhtərəm prezidentimiz cənab İlham Əliyevdir. Bu sevinc bütün Azərbaycan vətəndaşlarınındır.
Prezident İlham Əliyevin Macarıstanda keçirilmiş Güləş üzrə Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvlərini qəbul edərkən deyib ki, Azərbaycan dünyada sürətlə inkişaf edən ölkə kimi tanınır və dünyada nadir ölkələrdəndir ki, öz taleyini özü həll edir, öz siyasətini müstəqil şəkildə aparır. İstər döyüş meydanlarında, istər siyasi arenalarda qələbə qazanır. Bu gün bütün dünya bir daha xalqımızın böyüklüyünü görür. Azərbaycan xalqının gələcəyi bundan sonra da çox parlaq olacaq.
Azərbaycan idmanının yüksəlişi həm də dövlətimizin yüksəlişi deməkdir, çünki bayrağımız ucaldıqda, dövlətimizin nüfuzu daha yüksək zirvələrə doğru ucalır. Dövlət başçımız İlham Əliyevin vurğuladığı bu fikirlər uğurlarımızın tarixi Zəfərimizdən doğan növbəti qələbələrimizin müjdəçisidir və eyni zamanda, gücümüzün, qüdrətimizin bariz nümayişidir.

Balaxanı qəsəbəsi, M.Ə.Sabir adına 259 nömrəli tam orta məktəb
Biologiya müəllimi Yeganə Əliyeva


Oxşar xəbərlər