
Bu gun Azərbaycan idmançıları öz vəzifələrinin öhdəsindən laiqincə gəlirlər.İdman oyunlarındakı qələbələrimiz ölkə başçımızın bu sahəyə olan diqqətinin göstəricisidir. Azərbaycan 2014-cü il bədii gimnastika üzrə Avropa çempionatı, 2016-cı ildə şahmat üzrə dünya çempionatı, 2017-ci ildə İslam Həmrəyliyi Oyunları və 2019-cu ildə bədii gimnastika üzrə dünya çempionatı kimi beynəlxalq tədbirlərə müvəffəqiyyətlə ev sahibliyi edib. Azərbaycan idman tarixinin ən şərəfli səhifələrindən biri də “Bakı-2015” Avropa Oyunları olmuşdur. Ölkəmizin növbəti idman uğurları IV İslam Həmrəyliyi Oyunlarında oldu. Respublikamızda ilk dəfə keçirilən bu idman yarışının layiqincə təşkil edilməsi Azərbaycanın tarixini daha bir möhtəşəm nailiyyətlə zənginləşdirdi. Bir daha sübut olundu ki, iradə, qətiyyət olan yerdə hər şey mümkündür. Əlbəttə,bütün uğurlara xalqımız hər zaman sevinmişdir.Lakin 44 günlük Zəfərdən sonra qazanılan hər bir yarış bizim üçün iki qat sevinc hissi yaşatmışdır. Beləki,idmançılarımız döyüş medanlarında olarkən müzəffər ,qalib ölkəni təmsil etdiklərini unutmadan rəqiblərinin qələbəyə olan ümidlərini puça çıxarırmışlar. Azərbaycan gəncləri 2022-ci il 3 aprel Budapeştdə keçirilmiş Avropa çempionatından da böyük qələbə ilə Vətənə qayıtmışlar. 16 medal qazanmış idmançılar bir daha Azərbaycanın idman şöhrətini yüksəklərə qaldırmışlar. Bu medalların birini qadın idmançımız qazandı, qalanlarını isə sərbəst güləş və yunan-Roma güləşi üzrə komandalarımız. Beləliklə həm sərbəst güləş, həm yunan-Roma güləşi üzrə komandalarımız Avropada birinci oldular.
Ölkə başçımız onları qəbul edərkən, xalqını layiqincə təmsil edən gənclərin var olduğunu xalqda necə yüksək əhval ruhiyyə yaratdığını bildirmiş, gələcək nəsillərdə fəal vətandaş mövqeyi formalaşdırdığını vurğulamışdır.
Zabrat qəsəbəsi, 75 nömrəli tam orta məktəbin
tarix müəllimi Kamilə Qurbanova