Bakının məşhur kafesi sökülür? - RƏSMİ AÇIQLAMA

Bakının məşhur kafesi sökülür? - RƏSMİ AÇIQLAMA Bakının Xətai rayonu, Zığ şossesi -14 və Ramiz Quliyev küçəsinin kəsişməsində söküntü işləri aparılacaq.

"Xəzər Xəbər" xəbər verir ki, görüləcək işlər Bakının baş planına əsasən həyata keçiriləcək.

Sözügedən ünvanda köhnə fərdi evlər, qəzalı binalar və iaşə obyektləri söküləcək.

Söküntü ərazisində Bakının ən məhşur iaşə obyektlərindən biri olan "Nargilə" kafesi də var.

Digər tərəfdən bildirilir ki, Xətai Rayon İcra Hakimiyyətindən Caliber-ə verilən məlumata görə, göstərilən ünvanda yol infrastrukturu işləri Dövlət Proqramı çərçivəsində həyata keçirilə bilər, lakin hələlik konkret qərarlar qəbul edilməyib; ərazi üçün müxtəlif dizayn variantları nəzərdən keçirilir.

Nəqliyyat vəziyyətinin qiymətləndirilməsinə əsasən, kafenin və yaxınlıqdakı binaların sökülüb-sökülməməsi barədə qərar veriləcək.

Hazırda rayonun icra hakimiyyəti planlaşdırılan söküntü ilə bağlı heç bir rəsmi məlumat almayıb.

Oxşar xəbərlər