Azərbaycanlıların “Soyqırım Günü” Azərbaycan tarixinə qanla yazılmışdır

Azərbaycanlıların “Soyqırım Günü” Azərbaycan tarixinə qanla yazılmışdır Azərbaycanlıların “Soyqırım Günü” Azərbaycan tarixinə qanla yazılmışdır. Bu soyqırım bir gün ərzində deyil, dörd gün ərzində baş vermiş soyqırımdır ki, nəticədə 12 000-ə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür.1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Azərbaycanın paytaxtı Bakı şəhəri daxil olmaqla, bir neçə bölgəsində: Şamaxıda, Qubada, Xaçmazda, Lənkəranda, Hacıqabulda, Salyanda, Zəngəzurda, Qarabağda, Naxçıvanda erməni daşnakları silahlı basqınlar etmiş,qəddarcasına, amansızlıqla dinc əhalinin qanını tökmüşlər.Bir vaxtlar sovet ideologiyası ilə gözləri bağlanmış Azərbaycan xalqı əsrlərlə “Böyük Ermənistan “xülyasının reallaşması üçün hər cür vəhşiliklərə hazır olan erməni daşnaklarının Stepan Şaumyan və onun kimi millətimizin qanını içən mənfur düşmənlərimizin “şirin dilinə” uyub onları vətənimizi işğalçılardan qoruyan kommunist kimi qəbul etmişdir.
“Böyük Ermənistan” yaratmaq istəyən mənfur düşmənlər ilk öncə Azərbaycan torpaqlarını işğal etməli idilər. Azərbaycanın məhsuldar torpaqlara, neftə, qaza,faydalı qazıntılara, qızıl yataqlarına,sıx meşələrə,səfalı guşələrə malik olduğundan böyük və güclü dövlət yaratmaq üçün ideal bir ərazi hesab etmişlər və böyük ümidlərlə xəyalını yaratdıqları və mütləq reallaşacağına inandıqları yalançı , qondarma dövlətin qurucularından olmaq istəyən Stepan Şaumyan, Yeqişa Paxlovun, Anançenko, Martikyan,Korqanov kimi qaniçən ermənilər qatil dəstələri ilə rus hərbi dəstələrindən güc alaraq Bakının müxtəlif məhəllələrində qətliama başlamışdılar.Sonra bu qətliamlar digər bölmələrdə sonsuz vəhşiliklərlə davam etdirildi. Ən çox əhalisi müsəlman olan ərazilərdə törədilmiş vəhşiliklər tərkibini əsasən ermənilər təşkil edən Bakı Soveti və bolşeviklər “müdafiə”adı altında törətməklə Azərbaycanı ələ keçirməyə çalışdılar.
Daşnakların saysız-hesabsız günahsız adamların öldürülməsinin canlı şahidi olmuş,Seyid Cəfər Pişəvəri bu faciə haqqında yazaraq insanları qəflət yuxusundan ayıltmağa çalışmışdır.N.Nərimanov Şamaxı qırğını haqqında yazaraq,ermənilərin cinsinə, yaşına məhəl qoymayaraq amansızlıqla yerli əhaliyə verdikləri işgəncələrdən insan kütlələrini məscidlərə toplayıb yandırmaqlarından hələ doğulmamış körpələri ,hamilə qadınların qarnını yırtıb çıxarmaqlarından ətraflı məlumat vermişdir.
1918-ci il mart, aprel hadisələri bəşəriyyət tarixində baş vermiş ən qanlı kütləvi qırğınlardan biridir ki, bunun nəticəsində yüzlərlə kənd viran qalmış,minlərlə ailələr bütövlükdə yer üzündən silinmişdir.Bütün bu hadisələri əks etdirən müxtəlif sənədlər 1918-ci ilin mart soyqırımında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qətliamların daha geniş əraziləri əhatə etməsini və faciə qurbanlarının sayının dəfələrlə çox olduğunu sükuta yetirir.
Biz tariximizi, əsasən də qan yaddaşımızı unutmamalıyıq. Düşmənlərimizin vətənimizə, millətimizə, xalqımıza qarşı törətdikləri faciələri hər zaman xatırlamaq və dünya ictimaiyyətinə çatdırmaq mənəvi borcumuzdur .Hər bir azərbaycanlı nə 1918-ci il hadisələrini, nə də 74 il sonra təkrarlanan Xocalı faciəsini unutmamalıdır və baş verimiş hadisələri beynəlxalq aləmdə işıqlandırmaqla ermənilərin əsl simasını tanıtmalıdır.

Maştağa qəsəbəsi, 187 saylı tam orta məktəbin
direktoru Gülnarə Məmmədova

Oxşar xəbərlər