2026-cı ilin yanvar-fevral aylarında Azərbaycan əhalisi 4,276 min nəfər və ya 0,04% artaraq 10 milyon 266,627 min nəfərə çatıb.Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Cari ilin yanvar-fevral ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrində 14,797 min körpənin doğulması qeydə alınıb ki, bu da 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,4% azdır.
Doğulan uşaqların 53,7%-ni oğlanlar, 46,3%-ni isə qızlar təşkil edib. Hesabat dövründə 522 əkiz, 21 üçəm dünyaya gəlib.
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 10,878 min ölüm halı qeydə alınıb (2025-ci ilin yanvar-fevralında bu rəqəm 10,461 min olub). Hər 1000 nəfərə düşən ölüm səviyyəsi 6,6 (əvvəlki il 6,3) təşkil edib.
Beləliklə, 2026-cı ilin yanvar-fevral aylarında əhalinin təbii artımı 3,919 min nəfər olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 28,9% azdır.