1918-ci il mart qırğını XX əsr Azərbaycan tarixinin ən faciəli səhifələrindən biridir

1918-ci il mart qırğını XX əsr Azərbaycan tarixinin ən faciəli səhifələrindən biridir Təkcə XX əsr ərzində Ermənistanda Azərbaycan əhalisi 4 dəfə erməni vəhşiliklərinə məruz qalmış və eş-eşiklərindən qovulmuşlar. Azərbaycan əhalisinə qarşı bu genosid siyasəti azlıq edirmiş kimi, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Qarabağın Xocalı qəsəbəsində Azərbaycan əhalisinə qarşı törədilən soyqırım və zorakılıq heç bir cəllad ölçüsü ilə müqayisə oluna bilməz.
Azərbaycanda 1918-ci mart qırğını xalqımızın soyqırımı günü kimi dövlət səviyyəsində qeyd edilir. Tarixi Azərbaycan torpaqları olan Zəngəzur, Göyçə və digər torpaqlar o vaxtlar ki, Sovet rəhbərliyinin əli ilə Ermənistana verilmiş, Dağlıq Qarabağ erməniləri muxtariyyat qazanmış və gələcəkdə qanunsuz ərazi iddiları üçün zəmin hazırlanmışdır.
Azərbaycanda 1920-ci ildə bolşeviklər hakimiyyətə gəldikdən sonra respublikamızda sovet tarix elmi xalqımızın tarixini saxtalaşdırmağa başladı. Bu 1918-ci il mart hadisəsinə də aid oldu. 1918-ci ilin 30-31 mart və 1 aprel arasında Bakıda kütləvi qırğınlar törədildi. Qanlı cinayətə V.İ.Leninin silahdaşı S. Şaumyan başçılıq edirdi. Bolşevik imperiyasının Azərbaycanda hökmranlığa can atan V.İ.Leninin daşnak qüvvələrinin gördüyü vəhşiliklərdən xəbərsiz deyildi.
Hadisələrin ilk vaxtında torpağa 57 nəfərin nəşi basdırıldı. Bunların qulaqları, burunları qopardılmış, qarınları yırtılmış, əzaları kəsilmişdir. Üç gün içərisində Bakıda 17 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, “İsmaillliyə” binası, “Açıq söz” və “Kaspi” mətbəəsi oda tutulmuş, Bakının ən böyük camisi top mərmiləri ilə dəlik-deşik edilmişdi.
Mart hadisələri təkcə Bakı ilə məhdudlaşmadı. Aprel ayının ilk günlərində Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul və Salyanda da belə cinayətlər törədildi.
Şamaxı qətliamında törədilən cinayətlərdə əslən Şamaxıdan olub Bakı şəhərində yaşayan Stepan Lalayev bir neçə min erməni qüvvəsini öz ətrafında birləşdirərək, Şamaxı şəhərindəki azərbaycanlıları qırmağa, əmlaklarını qarət etməyə başladı. Şamaxı qəzasının 53 kəndində ermənilər 8027 azərbaycanlını qətlə yetirmişlər ki, onlardan da 4190 nəfəri kişi, 2560 nəfəri qadın və 1277 nəfəri uşaq olmuşdur.
Zəngəzur hadisələrində Zəngəzurun 115 kəndi dağıdılıb, dinc müsəlman əhalisinin əmlakı qarət olunub. Quba qəzasında da qanlı hadisələr eyni müstəvidə cərəyan etmiş, erməni hərbi dəstələri 122 kəndi yandırmış, 60 kişi, qadın və uşağı qətlə yetiriblər, 53 nəfər isə yaralanmışdı. Bütövlükdə isə həmin dövrdə Azərbaycan ərazisində 700 min nəfər soyqırımına məruz qalıb. Lənkəran qəzasının Girdəni, Verəvul, Vilvan kəndləri, ümumən 40-a yaxın kənd dağıdılıb, yüzlərlə günahsız insan öldürülüb, neçə-neçə ev talan edilib və yandırılıb.
2007-ci ildə Quba şəhərində tikinti məqsədilə aparılan qazıntılar zamanı təsadüfən aşkar edilmiş kütləvi məzarlıq 1918-ci ilin may ayında bolşevik adı altında quldur erməni dəstələri tərəfindən törədilmiş Qubanın müsəlman əhalisinin soyqırımının əyani sübutu olmusdur. Bu həqiqətləri dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev 30 dekabr 2009- cu il tarixli sərancamı ilə Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin yaradılmasına qərar vermişdir.
Cənab Prezidentimiz İlham Əliyev ermənilərin ötən əsrdə etdikləri genosid faktlarının dünya ictimaiyyətinə çatdırılması istiqamətində mütərəqqi addımlar atmış və atmaqdadır. Bu faciələr tariximizin bütün dövrlərində dəfələrlə təkrarlanmış həqiqətlərdir və bunları unutmağa mənəvi haqqımız yoxdur.
Milli maraqlarımızın, təhlükəsizliyimizin və inkişafımızın təminatçısı cəsarətli, qətiyyətli, vətənpərvər, mahir diplomat və siyasətçi olan cənab Prezident İlham Əliyevdir. Azərbaycanın Silahlı Qüvvələri 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən müharibədə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə bütün döyüş əməliyyatlarını yüksək səviyyədə həyata keçirməklə mənfur düşməni diz çökdürdü, şanlı Zəfər qazandı və tarixi ədaləti, ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Beləliklə biz öz tarixi günahsız soydaşlarımızın da qisasını almış olduq!

Pirşağı qəsəbəsi, 112 saylı tam orta məktəbin
təlim-tərbiyə işləri üzrə direktor müavini Lətifə Mustafayeva

Oxşar xəbərlər