Saakaşvili Ukrayna prezidentini pivə ilə müqayisə etdi

Saakaşvili Ukrayna prezidentini pivə ilə müqayisə etdi Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvili Ukrayna televiziya kanalına müsahibəsində Ukrayna prezidenti Pyotr Poroşenkonu təhqir edib.
"Ölkə.Az" xəbər verir ki, Saakaşvili Poroşenkonu pivə ilə müqayisə edib.

Gürcüstanın keçmiş prezidenti deyib: "Spirtli içki var. Biz hamımız bilirik ki, Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç quldurdur. Viski var, sən viski və ya araq içəndə orqanizm yüklənir, müdafiəyə keçir. Çünki orqanizm başa düşür ki, bu zəhərdir. Bilirsinizmi ən zəhərli içki hansıdır? Pivə. Sən tərkibində 12 faiz spirt olan pivə içəndə orqanizm onu qida kimi qəbul edir. Sən isə pivə içməkdə davam edirsən. Yanukoviç araqdır, viskidir. Poroşenko isə pivədir".

Mixeilin fikrinə əsasən, Poroşenko milliyətçi şüarları ilə Ukraynanın orqanizmini zəhərləyib.

Oxşar xəbərlər