Alimlər pivənin cinsi istəyi artırdığını iddia edir

Alimlər pivənin cinsi istəyi artırdığını iddia edir Pivə insanların empatiya hissini də artırır.

İsveçrəli alimlər çoxumuzaaydın olan bir faktı sübutediblər - bir stəkan pivə içməklə insanlar daha ünsiyyətcil olur. BaselUniversitetinin xəstəxanasında təcrübə aparan alimlərdən ibarət qrup 60 sağlam insanı spirtli və spirtsiz pivə ilə test ediblər. Yoxlamada iştirak edən qadın və kişilərin sayı da bərabər olub. Onlarüztanıma,qayğı göstərmə və cinsi ehtiras testləri daxil olmaqla,bir neçə tapşırığı yerinə yetiriblər.

Baş tədqiqatçının bildirdiyinə görə,bu sahədə həyata keçirilən araşdırmaların sayı çox az olub. ProfessorMatthias Liechti izah edib ki," birçoxinsanın pivə içərək,şəxsi təcrübələrindən pivənin təsirini bilsə də,onun emosional və ictimai məlumatın emalına təsiri barədə təəccüblüdərəcədə az elmi məlumatı var" .

Spirtlipivə içən qrupda,xüsusilə isə qadınlarda və daha az ünsiyyətcil şəxslərdə başqaları ilə xoş,söhbətcil və açıq mühitdə olmaq istəyi artdı. Xoşbəxt üzləri daha tez tanımaqdan savayı,pivə həm də iştirakçıların,xüsusilə də daha az şəfqətli şəxslərin emosional şəfqətini artırdı.

Cinsi ehtirasa təsir?

İştirakçılara pornoqrafik şəkillər də göstərilib. Spirtsizpivə içdikdən sonra iştirakçılar bu şəkilləri neytral şəkillərlə müqayisədə daha az bəyənirdilər,amma spirtli pivə içdikdən sonra onları daha xoş saydılar. Bu dəyişiklik xüsusilə qadın iştirakçılarda müşahidə olunub,amma tədqiqatçılar bu halda cinsi ehtirasın artmadığını vurğulayır.

Araşdırma barədə ENCP elmi proqram komitəsinin sabiq sədri Professor Wim van den Brink deyib: "Bumaraqlı araşdırma adi bir hikməti təsdiqləyir: spirtin sosiallaşdıran vasitə olduğunu,ölçülüşəkildə qəbul olunduqda içkinincinsi əlaqələrdə insanların xoşbəxtliyini ... və həvəsini artırdığını göstərir."

Ohəmçininizah edib ki,spirtlə əlaqədar hisslərin araşdırmadakı təzahürürealhəyatla heçdə həmişə üst-üstə gəlmir. Araşdırmanın nəticələri "Psychopharmacology" adlı jurnalda dərc olunub. // BBCAzeri

Oxşar xəbərlər