Saakaşvilinin nənəsi nəvəsindən danışdı

Saakaşvilinin nənəsi nəvəsindən danışdı “Yalnız 4 pencək və bir palto tapdılar”

Gürcüstanın sabiq prezidenti (2003-2013), Odessa Dövlət Administrasiya vilayətinin qubernatoru Mixail Saakaşvili anası Giuli Alasaniya və nənəsi Mziya Tsereteli ilə Ukraynanın “NEWSONE” telekanalına dəvət edilib.

Bu barədə “Qruziya online” xəbər verir.

Saakaşvilinin nənəsi Gürcüstanda nəvəsinə görə, əmlakının həbs olunmasından danışdı.

“Mənə görə, nənəmin hansı xoşagəlməz hadisələrlə rastlaşdığından danışacam. Gürcüstanın prezidenti olmadığım dövrdə, “Qazprom”un özəl səhmdarı gələrək mənə cinayət işi açılacağı ilə təhdid etdi”.

O, mənim 19 milyardımın olduğunu deyərək onları axtarmağa başladı. Yalnız dörd pencək və bir palto tapdılar. Eləcə də babamın tikdiyi ev var idi. O hələ də sona qədər inşa edilib tikilməyib, bu evə həbs qoyublar.

Onun 16 illik RAV-4-ü var. Onu da həbs ediblər. Mənim əmlakımı tapmadıqları üçün nənəmin 16 illik olan maşınına həbs qoyublar. Üzüm bağım var, ona da həbs qoyublar. Bundan sonra nənəmdən nə edəcəyini soruşublar, o isə... özün danış nə demisən”, - Saakaşvili nənəsi Mizyaya müraciət edib.

Prezidentin nənəsi söhbətə davam edib:

“Soruşdular ki, bundan sonra nə edəcəksən. Cavab verdim ki, mənim artıq edəcəyim heç nə yoxdu. Oturub gözləyəcəm görüm, oliqarx İvanişvili gəlib məni nə vaxt öz sarayına aparıb, zebra və pinqvinlərinin yanına yerləşdirəcək”, - M.Tsereteli bildirib.

Oxşar xəbərlər