“Belə hadisənin qarşısını almaq çox çətindir”
Ermənistanın nümayəndə heyətinin Stokholmda (İsveç) keçirilən “Eurovision-2016” mahnı müsabiqəsində qondarma “Dağlıq Qarabağ Respublikasının” qadağan olunmuş bayrağını nümayiş etdirməsi bu ölkəyə qarşı cəza tədbirləri ilə nəticələnəcək.
Və bu cəzalar kifayət qədər ciddi ola bilər.
Bu barədə hadisədən dərhal sonra İsveçin “Expressen” qəzeti yazıb.
Qəzetə açıqlama verən müsabiqənin meneceri Siyetse Bakker Ermənistana qarşı cərimələrin, yaxud rəsmi xəbərdarlığın tətbiq olunacağını bildirib.
“Expressen” yazır ki, hadisə canlı efirdə baş verib, erməni müğənni İveta Mukuçyan və erməni nümayəndə heyətinin bir neçə üzvü “DQR”in bayrağını qaldırıblar.
“Bayraq Avropa Yayım Birliyi (“Eurovision” mahnı müsabiqəsinin təşkilatçısı) tərəfindən qadağan edilmişdi və efirdə göstərilməməli idi. İndi bu hadisə AYB tərəfindən araşdırılır və qurum sabah təcili iclas keçirəcək.
“Bəli, məsələni öyrənmək üçün erməni nümayəndə heyəti ilə danışacağıq. Lakin onlar yarışdan kənarlaşdırılmayacaqlar”, - deyə Siyetse Bakker bildirib.
Onun sözlərinə görə, Ermənistan finala keçən ölkələrdən biri olsa da, indi AYB ona qarşı tədbirlər görməlidir:
“Ermənistana rəsmi xəbərdarlıq oluna bilər ki, bu cür hallara yol verməsinlər”.
“Expressen” yazır ki, erməni nümayəndə heyətinin bayrağı stadiona necə keçirməsi hələ də qaranlıq qalır.
Siyetse Bakker deyir ki, onların hadisə yerində qadağan olunmuş bayraqların tədbirə keçirilməməsinə nəzarət edəcək bir neçə mühafizəçisi olub:
“Biz bayraqları bir neçə yerdə axtardıq. Lakin bayrağı tədbirə keçirmək çox asandır, siz onu asan şəkildə gizlədə bilərsiniz və buna görə də, belə hadisənin qarşısını almaq çox çətindir”.
“Bəs ermənilər eyni halı şənbə günü təkrarlasalar nə baş verəcək?” sualına Bekker belə cavab verib:
“Mən bu mövzuda spekulyasiya etmək istəmirəm. Lakin mənim təcrübəm göstərir ki, yaxşı danışıqlar mövcud problemləri həll edə bilər. Bu, (danışıqlar – red.) sabah baş verəcək”.
Məsələ ilə bağlı mətbuat konfransında açıqlama verən İveta Mukuçyan isə bildirib ki, o, bütün sərhədlərdə sülh istəyir və bu barədə məlumatı çatdırmaq istəyirmiş.
Almaniyada yaşadığını vurğulayan Mukuçyan beynəlxalq ruhlu bir adam olduğunu bəyan edib.