Erməni deputat 100 milyon dollarla ölkədən qaçdı

Erməni deputat 100 milyon dollarla ölkədən qaçdı Pullar regional strukturlarının işinin koordinasiyası üçün nəzərdə tutulubmuş

“Çiçəklənən Ermənistan”ın deputatı Abraham Manukyan təmsil etdiyi partiyaya məxsus 100 milyon dollardan artıq vəsaiti oğurlayaraq ölkədən qaçıb.

Bu barədə Ermənistanın “Aykakan Jamanak” qəzeti yazıb.

Manukyanın ölkədə olmaması barədə məlumatı onun erməni parlamentindəki köməkçisi də təsdiqləyib.

Qəzet yazır ki, pullar partiyanın regional strukturlarının işinin koordinasiyası üçün nəzərdə tutulubmuş, həmin strukturların koordinatoru isə Abraham Manukyan imiş.

Əldə olunan məlumata görə, bir neçə ay əvvəl “Çiçəklənən Ermənistan”da münaqişə vəziyyəti yaranıb, bir neçə üzv partiyanı tərk edib. Qəzet yazır ki, elə həmin vaxtlarda Manukyanın partiyada dəyişikliklərə can atması barədə şayiələr yayılıb. Buna görə də o, partiyanın maliyyə məsələləri və regional strukturlarla iş üzrə qurumlarından kənarlaşdırılıb.

Oxşar xəbərlər