Israildə çıxan Haaretz qəzeti Meretz partiyası sədrinini ölkənin müdafiə nazirinə yazdığı etiraz məktubuna istinadən bildirir ki, İsrail yaxın günlərdə Azərbaycana “daha çox dron” göndərməyə hazırlaşır
İsrail müdafiə nazirinə göndərdiyi məktubda Meretz partiyasının sədri xanım Zehava Galon, Azərbaycan İsrail silahlarından Dağlıq Qarabağda istifadə etməyəcəyi barədə vəd verənədək Bakıya silah satışının dayandırılmasına çağırıb. Moshe Yaalona yazdığı məktubda Galon bildirir ki, İsrail qarşıdan gələn günlərdə Azərbaycana dronların yeni dəstlərini göndərməyə hazırlaşır.
Xanım Galon İsrail silahlarından Dağlıq Qarabağdakı erməni qüvvələrinə qarşı istifadə edilməsinin əleyhinə olduğunu yazır. Öz məktubunda partiya lideri xatırladır ki, həm Ermənistan, həm də Azərbaycan İsrailə dost ölkələrdir və belə olan halda İsrail silahlarının Dağlıq Qarabağda istifadə olunması yolverilməzdir.
Sol təmayüllü Meretz partiyasının sədri bunu da bildirir ki, “son döyüşlərdə hər iki tərəf müharibə qanunlarını pozub”. Galon İsrail hökumətini “onsuz da od içində olan torpağa odlu silahlar göndərməməyə” çağırıb.
Meretz lideri bəyan edib ki, onun məlumatına görə, İsrail artıq indiyədək Azərbaycana çox sayda “Harop” intiharçı dronları verib. Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Azərbaycana aid dronlardan birinin avtobusa çırpılaraq Qarabağda cəbhə xəttinə gedən “7 erməni könüllüsünü” öldürdüyünü iddia edib.
Galon, İsrail mediasının yaydığı bəzi məlumatlara istinadən yazır ki, İsrail və Azərbaycan arasında son illərdə 5 milyard dollarlıq silah sazişi imzalanıb. “Bu, bizim borcumuzdur ki, bu silahlar bizə dost olan ölkələrə, xüsusən də mülkilərə qarşı işlədilməsin” – yazır Galon.
Haaretz qəzeti bundan əvvəl xəbər vermişdi ki, Ermənistanın, Misirdəki səfiri (o həm də İsrail üzrə müvəkkildir) ötən həftə Yerusəlimə gələrək Xarici İşlər Nazirliyində “dron insidenti” ilə bağlı etirazını bildirib.
Səfir habelə İsrailin Azərbaycana başqa silahları satmasına da etiraz bildirib.
İsrailin Müdafiə Nazirliyi Haaretz qəzetinin sorğusuna cavab olaraq bildirib ki, sözü gedən etiraz məktubunu alıb, lakin bundan artıq şərh vermək niyyətində deyildir. Qəzet yazır ki, Ermənistan müdafiə nazirinin müavini David Tonoyanın sözlərinə görə, İsrail Azərbaycana “sözü gedən dronlar da daxil”, satdığı silahlardan Ermənistana da təklif edib, lakin Yerevan belə silahlara ehtiyacı olmadığını bildirib.