“Konqresmenlərin fəaliyyəti daha da aktivləşib”
Əgər ABŞ-da müvafiq komitədə, daha sonra isə konqresdə Kristofer Smitin təqdim etdiyi qanun layihəsi qəbul olunarsa, biz də paralel addım atacağıq. Əminəm ki, Milli Məclis üzvləri də bu addımları dəstəkləyəcək.
Bunu APA-ya açıqlamasında Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynli deyib.
Əli Hüseynli bildirib ki, ABŞ-la bağlı hazırlanan layihənin müəllifi Rövşən Rzayev “Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin üzvü kimi bu addımı atıb:
“Eyni zamanda Rövşən Rzayev Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədr müavinidir. Biz komitə olaraq onun bu addımını dəstəkləyirik.
Çünki son dövrlər ABŞ da bəzi dairələrin, erməni lobbisinin təsiri altında olan konqresmenlərin fəaliyyəti daha da aktivləşib.
Azərbaycan prezidenti Qarabağ problemin həlli istiqamətində çox ciddi addımlar atır, ordumuzun cəbhə bölgəsində ciddi uğurları var.
Təəssüflər olsun ki, belə bir vaxtda erməni lobbisinin, ABŞ-dakı bir sıra dairələrin təsiri altında Azərbaycanda insan haqları sahəsində vəziyyətin yaxşı olmaması barədə fikir yaradılır və bu qəsdən edilir.
Yəni fikir formalaşdırmaq istəyirlər ki, Dağlıq Qarabağda ermənilər azərbaycanlılarla birgə yaşaya bilməz, çünki Azərbaycanda insan haqları pozulur”.
Komitə sədri qeyd edib ki, ABŞ-ın Yaxın Şərqdə, xüsusilə müsəlman əhaliyə qarşı həyata keçirdiyi siyasət 21-ci əsrdə insan haqlarının kütləvi pozulmasına gətirib çıxarıb:
“Belə olan halda ABŞ Dağlıq Qarabağın işğaldan azad edilməsi, qaçqın və məcburi köçkünlərin hüquqların müdafiə edilməsi ilə necə məşğul ola bilər”?