“Erməni hakimiyyəti zəifdir, qorxaqdır”
Ermənistana hərbi məğlubiyyətin rüsvayçılığını gətirən dördgünlük müharibə xarici siyasətdə əsas dönüş məqamlarından biri ola bilərdi. Ermənilərin gənc nəsli daha rusların kolonial köləsi vəziyyətində olmaq istəmir və Rusiyaya münasibətini bildirdi.
Ermənistan hakimiyyəti və ola bilsin, generalitet üçün baş verənlər siyasi baxımdan əhəmiyyətli bir şey olmadı və elita ruslardan vassal asılılığını davam etdirməyə üstünlük verir.
Bu barədə məşhur erməni analitiki İqor Muradyan “Lragir.am” saytında yazıb.
“Bir müddət əvvəl V. Putinin müşavini mənə deyirdi ki, Qarabağın ABŞ tərəfindən tanınması istiqamətində kiçik bir cəhd ermənilər üçün fəlakətlə nəticələnəcək. Görünür, erməni hakimiyyəti də bu məntiq çərçivəsində mövcuddur.
Erməni hakimiyyəti zəifdir, qorxaqdır və xarici siyasətlə məşğul olmaq iqtidarında deyil. Ölkələrinin mövqeyini möhkəmləndirmək üçün Yerevana müxtəlif rus generalları gəlir.
Rusiya Ermənistana rüsvayçı məğlubiyyət yaşadıb və onu əmr edilən yerdə dayanmağa hazır olan, sözə qulaq asan vassal rolunda təqdim edib.
Ruslar azərbaycanlılara silah satışına qarşı arqument kimi, yenidən ermənilərə silah vəd edirlər.
Ermənilər bu məsələni beynəlxalq planda qaldırmayıblar, bu unuduldu. Ermənistan yalnız döyüş meydanında məğlub olmadı. Ermənistanın məğlubiyyəti daha böyükdür və o, növbəti dəfə gülünc əlaltıya çevrildi”, - Muradyan, cəbhədə baş verən son hadisələri şərh edərək yazıb.