Ermənilər rəhbərlikdən çoxsaylı suallara cavab gözləyirlər
Aprelin 11-də Müdafiə Nazirliyində olan Ermənistan prezidenti Serj Sarkisyan bütün gününü nazirlikdə keçirib.
“Joxovurd” qəzetinin məlumatına görə, erməni dövlətinin rəhbəri Müdafiə Nazirliyindən yalnız axşam saatlarında çıxıb.
“Görünür, söhbət adi görüşdən getmir. Serj Sarkisyanın bütün günü müdafiə nazirliyində olması, yalnız burada rəhbər heyəti ilə iclas keçirmək üçün olduğunu düşünmək sadəlövhlük olardı. Sözsüz ki, erməni ictimaiyyəti Müdafiə Nazirliyinin rəhbərliyindən çoxsaylı suallara cavab gözləyir”, - qəzet yazır.