“Ola bilər ki, iri miqyasda”
Qarabağ münaqişəsi danışıqlar yolu ilə, amma atəşkəs rejiminin yenidən pozulmayacağına zəmanət olduğu halda həll edilməlidir.
Ermənistan prezidenti Serj Sarkisyan belə hesab edir.
Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun Rusiya, ABŞ və Fransadan olan vasitəçiləri danışıqlara başlamazdan öncə, etimadın möhkəmləndirilməsinə dair tədbirlər tətbiq etməlidirlər.
“Atəşkəs rejiminin pozulmasının araşdırılması mexanizmləri tətbiq edilməlidir ki, hansı tərəfin məsuliyyət daşıdığı müəyyən edilsin. Biz belə pozuntuların bir daha olmayacağına dair zəmanət tələb edirik”, - Sarkisyan Bloomberg agentliyinə verdiyi müsahibəsində bildirib.
Onun fikrincə, hansısa anda danışıqlar mütləq başlanılacaq, amma indi vəziyyət tam başqadır.
“Biz danışıqlar apardığımız zaman, hərbçilər hərbi əməliyyatlar apararaq münaqişəni həll etməyə çalışa bilərlər”, - Sarkisyan deyib.
O qeyd edib ki, aprelin 5-də Moskvada Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan hərbi komandanlığı arasında əldə edilən şifahi razılaşmaya riayət edilir, baxmayaraq ki, pozuntular da davam edir.
“Əldə edilən razılaşma yetərli olmaya bilər və miqyaslı toqquşmalara gətirib çıxara bilər”, - Sarkisyan deyib.
“Qoşunlar, artilleriya və tanklar geri çəkilməyib və hər saniyə baş verənlər təkrarlana bilər. Ola bilər ki, iri miqyasda”, - Sarkisyan əlavə edib.