“Hər iki ölkə sülhün bərqərar olmasından qazanacaq”
Martın 31-də Vaşinqtonda keçiriləcək nüvə təhlükəsizliyi üzrə növbəti sammit ABŞ prezidenti Barak Obamaya Dağlıq Qarabağ münaqişəsinin həlli üçün nadir imkan qazandıracaq.
Bu barədə Amerika nəşri “Washington Times”dakı məqaləsində Rob Sobhani yazıb.
“Dünya liderlərinin nüvə silahını quldur dövlətlərdən və ya terror qruplaşmalarından necə qorumalı olduqlarını razılaşdırmalı olduğu halda, Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Serj Saqsyanın iştirakı ABŞ prezidenti Barak Obama üçün Sovet imperiyasının süqutundan sonra qalan ən problemli məsələlərdən birini həll etməkdə aparıcı rola sahib olmaq baxımından nadir tarixi an qazandıracaq”, - R.Sobhani yazır.
Məqalədə bildirilir ki, tam miqyaslı Ermənistan-Azərbaycan müharibəsi bir milyondan artıq insanın qaçqın olması və Ermənistan qoşunlarının Azərbaycan torpaqlarının 20%-ni işğal etməsiylə nəticələnib.
“Hər iki ölkə - həm Ermənistan, həm də Azərbaycan sülhün bərqərar olmasından qazanacaq. Münaqişənin amerikalılar tərəfindən həyata keçiriləcək diplomatik həlli münaqişədən sonrakı mühitin inkişafına səbəb olaca”, - R.Sobhani vurğulayıb.
Müəllifin sözlərinə görə, ABŞ prezidenti Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması üçün plan hazırlamaq üzərində işləməlidir.
Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan qoşunlarının çıxarılması üçün bir plan yaratmaq üçün münaqişə iki tərəfin prezidentləri ilə işləməlidir.
“Obama Azərbaycan və Ermənistan prezidentlərini inandırmalıdır ki, ABŞ onlara arxa çevirməyəcək və münaqişənin həlli hər iki xalqı razı salacaq. Bu həm də onların əhalisinin sülh şəraitində yaşamasına və bir-birinə inamının artmasına gətirib çıxaracaq ki, nəticədə bu heç də sakit olmayan regionda bir-biri ilə yaxşı münasibətləri olan qonşular formalaşacaq”, - deyə müəllif fikrini tamamlayıb.