Döyüş vaxtı bəzi erməni hərbçilər fərarilik edərək İrana qaçıb
Aprelin 2-dən 5-dək Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş verən döyüş toqquşmalarında erməni tərəfi açıqladığından daha çox itki verib.
APA xəbər verir ki, itkilər və yaralılar açıqlanan rəqəmlərdən qat-qat çoxdur.
Erməni tərəfi indiyədək 100-dək ölü itkisi verdiyini açıqlasa da, real ölü sayı 322, yaralı sayı 500-dən, itkin isə 50-dən çoxdur.
Ermənistan rəhbərliyi döyüşdə məhv edilmiş hərbçilərinin dəqiq sayını gizlətmək üçün onların bir qismini “itkin düşmüş” elan edib, onların bir hissəsi basdırılıb, digər hissəsi isə qeyri-döyüş itkisi kimi və “aprelin 5-dən sonra atışmalarda ölənlər” kimi təqdim olunur.
Bu rəqəmləri əks etdirən məlumatlar Ermənistan mətbuatında verilsə də, sonradan məlumatlar silinib və yayımı qadağan edilib.
Bəzi məlumatlara görə, döyüş vaxtı bəzi erməni hərbçilər fərarilik edərək İrana qaçıb. Onların da adı “itkin düşənlər”in siyahısına daxil edilib.
“İtkin” kimi təqdim olunanların bəzilərinin gizli basdırıldığı, qalanların morqda olduğu və hissə-hissə çıxarılaraq ailələrinə verilərək, bu barədə ictimaiyyətə məlumat açıqlandığı bildirilir.