Şirvanda 43 yaşlı kişi məktub yazıb özünü asdı

Şirvanda 43 yaşlı kişi məktub yazıb özünü asdı Araşdırma aparılır

Şirvan şəhərində intihar hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, bu gün səhər saatlarında Şirvan sakini, Mehmandarov küçəsi, ev 16-da yaşayan 1973-cü il təvəllüdlü Ağayev Səfayət Malik oğlunun meyiti yarımçıq tikilidə asılmış vəziyyətdə aşkar edilib.

İntiharın hansı səbəbdən baş verdiyi araşdırılır.

S.Ağayevin intihardan əvvəl məktub yazdığı bildirilir. Məktubun məzmunu açıqlanmır. Faktla bağlı Şirvan şəhər prokurorluğunda araşdırma aparılır.

Oxşar xəbərlər