Makron və Starmer Ukrayna ilə bağlı qarantiya bəyannaməsi imzalayıb

Makron və Starmer Ukrayna ilə bağlı qarantiya bəyannaməsi imzalayıb Fransa, Böyük Britaniya və Ukrayna liderləri Parisdə atəşkəsdən sonra Ukrayna üçün təhlükəsizlik zəmanətləri haqqında bəyannamə imzalayıblar.

Bu barədə Fransa Prezidenti Emmanuel Makron görüşdən sonra keçirilən mətbuat konfransında deyib. "Bu gün davamlı sülh üçün etibarlı zəmanətlər verməklə əhəmiyyətli irəliləyiş əldə etdik". O bildirib ki, bu zəmanətlər Rusiya ilə Ukrayna arasında hər hansı bir sülh müqaviləsinin gələcəkdə pozulmayacağına zəmanət verir.

ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkov isə sosial mediada yazıb ki, Ukraynada davamlı sülhün qurulması üçün güclü təhlükəsizlik zəmanətləri. rifaha sadiqlik vacibdir. “Bbiz buna nail olmaq üçün birlikdə işləməyə davam edəcəyik”, - o vurğulayıb.

Uitkov onu da əlavə edib ki, Amerika və Avropa tərəflərinin yanvarın 7-də Ukrayna nümayəndə heyəti ilə müzakirələri davam etdirəcək. "Yaxın gələcəkdə daha böyük müsbət irəliləyiş əldə etməyi ümid edirik", - o qeyd edib.

Oxşar xəbərlər