“Mənə soyuqdur” sözünə görə kişi arvadının boğazını kəsdi – YENİLƏNİB

“Mənə soyuqdur” sözünə görə kişi arvadının boğazını kəsdi – YENİLƏNİB DİN məlumat yaydı

Daxili İşlər Nazirliyi (DİN) Füzuli rayonunda baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb.

Nazirliyin saytının verdiyi məlumata görə, yanvarın 5-də Füzuli rayonunun Bala Bəhmənli kəndində yaşayan, əvvəllər məhkum olunmuş Gəncəvi Sadıqov evində ailə-məişət münaqişəsi zəminində arvadı Vüsalə Əsədovaya bıçaqla xəsarət yetirib.

Xəstəxanaya yerləşdirilmiş V. Əsədova orada ölüb. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş G.Sadıqov tutulub.

Faktla bağlı araşdırma aparılır.

09:58

Füzulidə qətl hadisəsi baş verib.

“Qafqazinfo”ya daxil olan məlumata görə, axşam saatlarında, rayonun Balabəhmənli kənd sakini 1978-ci il təvəllüdlü Sadıqov Gəncəvi Zöhrab oğlu həyat yoldaşı, 1984-cü il təvəllüdlü Əsədova Vüsalə Hidayət qızının boğazını bıçaqla kəsib.

32 yaşlı Vüsalə Əsədovanın həyatını xilas etmək mümkün olmayıb.

İlkin ehtimala görə, hadisəyə səbəb ailə-məişət mübahisəsi olub. Belə ki, Vüsalə Əsədova evin istilik sistemindən şikayətlənərək, ona soyuq olduğunu bildirib. Bu şikayət isə Gəncəvi Sadıqovun xoşuna gəlməyib və birincinin ölümü ilə nəticələnib.

Qeyd edək ki, ailənin 6-cı sinifdə təhsil alan oğlu var. O, baş verən qətldən ciddi psixoloji sarsıntı keçirib. Belə ki, uşaq ətrafdakı insanlarla söhbətində "anamın qanını atamda qoymayacağam", -deyib.

Məsələ ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Oxşar xəbərlər