1992-ci ilin oktyabrında ABŞ konqresi "Azadlığı Müdafiə Aktına" 907-ci düzəlişi edib.Erməni lobbisinin təzyiqi ilə qəbul olunmuş bu düzəlişə görə,Azərbaycan Ermənistanı blokadada saxlamaqda təqsirləndirildi.Ona görə də, ABŞ dövlət səviyyəsidə Azərbaycana hər cür,hətta humanitar yardım belə göstərilməsinə məhdudiyyətlər qoydu.
Prezident İlham Əliyevin jurnalistlərə müsahibəsində bildirildi ki, bu düzəliş bizə qarşı tətbiq olunanda bu,çox böyük ədalətsizlik,eyni zamanda, ovaxtkı Azərbaycan rəhbərliyinin buna laqeyd yanaşması idi.O vaxt Azərbaycan hakimiyyəti və onun diplomatiyası hansı səviyyədə idi,yəqin ki, bunu ancaq Mirşahin burada oturanlardan yaxşı bilir.Azərbaycan diplomatiyasına rəhbərlik edən insanlar heç bir dildə danışa bilmirdilər,hətta Azərbaycan dilində düz-əməlli danışa bilmirdilər və heç bir təcrübəsi olmadan, yəni hansısa diplomatiyaya,siyasətə aid olmayan sahələrdən gətirilərək bu mühüm vəzifələrə təyin olundular.Ovaxtkı AXC-Müsavat hakimiyyəti,peşəkarlardan ibarət deyildi və faktiki olaraq Azərbaycanı məhvə doğru apardılar.Ondan cəmi bir il sonra xalqın tələbi ilə Hakimiyyətdən biabırcasına getməyə məcbur oldular.Ona görə bax, bu iki amil önəmli rol oynamışdır.Əgər Azərbaycan o vaxt öz haqq sözünü Amerika rəhbərliyinə çatdıra bilsəydi, əgər mübarizə aparsaydı onda bəlkə də Konqresdə erməni lobbisi tərəfindən təşkil edilmiş bu məsələyə Amerika administrasiyası başqa prizmadan baxa bilərdi.Məndə olan məlumata görə , o vaxt Azərbaycanda hakimiyyətdə olanlar heç bilmirdilər ki, gündəlikdə belə bir məsələ var,belə bir qanun qəbul olunacaq və Azərbaycana qarşı bu ədalətsiz düzəliş tətbiq ediləcək.
Məsələnin ikinci tərəfi o idi ki, bizə qarşı böyük ədalətsizlik olmuşdur.Çünki 907-ci düzəliş 1992-ci ilin oktyabrında qəbul edildi.O vaxt bizim torpaqlarımız işğal altında idi,Şuşa, Laçın işğal altında idi.Ermənistan dövləti tərəfindən Xocalı soyqırımı törədilmişdi, xalqımıza qarşı hərbi cinayət törədilmişdi və Azərbaycan torpaqlarının işğal altında olması,təbii ki,Ermənistanı blokadaya almaq imkanlarını da sıfra endirirdi.Yəni ki,hansı blokadadan söhbət gedə bilərdi?!Nəzərə alsaq ki,Ermənistanın Gürcüstanla, İranla sərhədləri açıq idi,hətta Türkiyə-Ermənistan sərhədi 1993-cü ildə bağlanmışdır.Ona görə hər hansı blokadadan söhbət gedə bilməzdi. Bizi yardımdan məhrum etmək bizə böyük zərbə idi.Biz uzun illər çalışırdıq ki,bu 907-ci düzəlişi ləğv edək.Ancaq bu çox çətin proses idi və sadəcə olaraq ,11 sentyabr 2001-ci il hadisələrindən sonra Amerika Prezidenti bu düzəlişi öz imzası ilə aradan qaldırdı və bu,2024-cü ilə qədər davam edirdi.Ancaq əfsuslar olsun ki,Amerikanın Əfqanıstandakı missiyası başa çatdıqdan sonra Bayden administrasiyası yenə nankorluq edərək bu düzəlişin aradan qaldırlmasını dayandırdı.Tramp administrasiyası hakimiyyətə gəldikdən sonra Amerika-Azərbaycan münasibətləri yeni səviyyəyə qalxmışdır və əlbəttə,biz gözləyirik ki,Konqres bu ədalətsiz,keçmişdən qalan,bu gün tamamilə absurd sayılan düzəlişi aradan qaldıracaq.
Balaxanı qəsəbəsi, 69 saylı tam orta məktəbin
Tarix müəllimi Səfərova Rumiyyə