Ağdaşda vəzifəli şəxsin oğlu özünü öldürdü - YENİLƏNİB

Ağdaşda vəzifəli şəxsin oğlu özünü öldürdü - YENİLƏNİB Cinayət işi açılıb

Ağdaşda intihar hadisəsi baş verib.

ANS PRESS xəbər verir ki, rayonun Qolqəti kənd sakini 1986-cı il təvəllüdlü Taleh Nizami oğlu Allahverdiyev özünü yaşadığı evin həyətindəki çardaqdan özünü kəndirlə asıb.

Dünyasını dəyişən Taleh Allahverdiyev 2 uşaq atası olub və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aran regional şöbəsinin müdiri Nizami Allahverdiyevin oğludur.

11:12

Bu gecə Ağdaş rayonunda intihar hadisəsi baş verib.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, 1986-cı il təvəllüdlü iki uşaq atası Ağdaş rayon sakini Allahverdiyev Taleh Nizami oğlu yaşadığı evdə özünü asıb.

Ağdaş rayon prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb.

Deyilənə görə, intihara səbəb işsizlik və banklara olan külli miqdarda borc olub.

Oxşar xəbərlər