Azərbaycan-Qazaxıstan əlaqələri yeni mərhələyə daxil olub

Azərbaycan-Qazaxıstan əlaqələri yeni mərhələyə daxil olub Azərbaycan ilə Qazaxıstan arasındakı diplomatik münasibətlərin yeni mərhələsi Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra başlanıb. Onun uzaqgörən siyasəti nəticəsində qarşılıqlı əlaqələr təkcə siyasi sahədə deyil, həm də iqtisadi, humanitar və mədəni istiqamətlərdə sürətlə inkişaf edib. Heydər Əliyevin “bir millət, iki dövlət” prinsipi bu münasibətlərin təməlini təşkil edib və bu gün də iki ölkə arasındakı əməkdaşlığın ideoloji bünövrəsi kimi qalır. Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının Qazaxıstana dəfələrlə etdiyi rəsmi səfərlər, imzalanan sənədlər və birgə layihələr qarşılıqlı əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini göstərir. Ticarət, nəqliyyat-logistika, enerji, mədəniyyət və təhsil sahələrində bir çox ortaq layihələr həyata keçirilir. Xüsusilə Xəzər dənizi vasitəsilə yükdaşımaları, “Orta Dəhliz” layihəsi və enerji əməkdaşlığı iki ölkənin iqtisadi əlaqələrinə yeni dinamika gətirib.
44 gün davam edən Vətən müharibəsində Azərbaycan qələbə qazanmasından sonra Cənubi Qafqazın lider ölkəsinə çevrildi. Bundan sonra isə Azərbaycan öz gücünü daha da artırmaq üçün Türk Birliyi təşkilatı çərçivəsində ciddi fəaliyyətə başladı. O cümlədən Orta Asiya ölkələri ilə strateji müttəfiqliyi daha da artırmaq üçün tədbirlər görülməyə başlandı. Bu da cənab Prezidentin Orta Asiya ölkələrinə, Özbəkistan, Qazaxıstan, Tacikistan, Türkmənistana rəsmi səfərləri və bu səfərlər çərçivəsində əldə edilən uğurlu danışıqlardır. Türkiyədə baş verən böyük zəlzələ zamanı da Azərbaycan öz dəstəyini qardaş ölkədən əsirgəmədi. Keçdiyimiz günlərdə cənab Prezidentin qardaş Qazaxıstana rəsmi dövlət səfəri zamanı da iki dövlət arasında yüksək səviyyədə danışıqlar aparıldı. Bir sıra sahələrdə müqavilələr imzalandı. İki ölkənin prezidentləri arasında keçirilən təkbətək görüş də əhəmiyyətinə görə xüsusilə seçildi.
Bu gün Azərbaycanla Qazaxıstanın münasibətləri yüksək səviyyədə inkişaf edib. Artıq Qazaxıstanın enerji resursları Azərbaycan üzərindən Avropa daşınacaq.
Rusiya-Ukrayna müharibəsinin getdiyi bir dövrdə isə belə bir addım Azərbaycanın üzərinə yaxşı mənada yük qoyur. Azərbaycan isə öz imkanlarından istifadə edərək qardaş Qazaxıstan dövlətinin enerjisinin xaricə ötürülməsi üçün əlindən gələni edir. Bu baxımdan da münasibətlər inkişaf etməyə davam edəcək. Hesab edirəm ki, Çinin "Orta Dəhliz” layihəsi Qazaxıstan və Azərbaycandan keçməklə çox perespektivi olan bir layihəyə çevriləcək. Əsas məsələ Azərbaycan-Qazaxıstan-Çin arasında birgə əməkdaşlığın güclənməsi, birgə layihələrin həyata keçirilməsi, yükdaşımaların həcminin artırılması kimi mühüm məsələlərin müzakirə olunmasıdır. Azərbaycan və Qazaxıstan yeni layihələrin reallaşması istiqamətində konkret addımlar ata biləcək.
Bu gün Azərbaycan-Qazaxıstan əlaqələri yeni mərhələyə daxil olub. Hər iki ölkə türk dövlətləri təşkilatı çərçivəsində çox sıx əməkdaşlıq edir. Bu gün Aəzrbaycan və Qazaxıstan xüsusu ilə nəqliyyat dəhlizlərinin inkişafı, yükdaşımaların həcminin artırılması istiqamətində sıx əməkdaşlıq edir. Hesab edirəm ki, İlham Əliyevin səfəri iki ölkə arasında əlaqələrin möhkəmlənməsinə, daha da güclənməsinə öz töhvəsini verəcək.
Samiyə Abdulkərimova - 12 saylı şəhər poliklinikasının baş həkimi

Oxşar xəbərlər