SEPAH açıqladı: Ancaq bu ölkələr Hörmüz boğazından neft daşıya bilər

SEPAH açıqladı: Ancaq bu ölkələr Hörmüz boğazından neft daşıya bilər SEPAH İsrail və ABŞ səfirlərini öz ərazilərindən qovacaq ölkələrə Hörmüz boğazından keçməsinə icazə verəcək.

İSNA xəbər verir ki, bu barədə SEPAH-ın bəyanatda deyilir:
"İsrail və ABŞ səfirlərini öz ərazisindən qovan istənilən ərəb və ya Avropa ölkəsi Hörmüz boğazından tam səlahiyyətə və keçid azadlığına malik olacaq".

Qeyd edək ki, martın 3-də SEPAH Baş Komandanının müşaviri, briqada generalı İbrahim Cabbari Hörmüz boğazını nəqliyyatın hərəkəti üçün bağladıqlarını və oradan keçməyə çalışan bütün gəmilərə hücum edəcəklərini açıqlayıb.

Oxşar xəbərlər