Neft qiymətlərinin daha çox artacağını gözləyirdim - Tramp

Neft qiymətlərinin daha çox artacağını gözləyirdim - Tramp Vaşinqton digər ölkələrin neft sənayesinə qarşı bəzi sanksiyalarını ləğv edəcək.

Bunu ABŞ prezidenti Donald Tramp deyib: "Qiymətləri aşağı salmaq üçün neftlə bağlı bəzi sanksiyaları ləğv edirik. Bəzi ölkələrə sanksiyalar tətbiq etdik və vəziyyət yaxşılaşana qədər bu sanksiyaları ləğv edəcəyik. O zaman bəlkə də, onları bərpa etmək məcburiyyətində qalmayacağıq".

O, İrana hərbi müdaxilənin neft qiymətlərini qaldıracağını gözlədiyini qeyd edib: "Bilirdim ki, bunu etsəm neft qiymətləri artacaq, amma gözlədiyimdən daha az artdı".

Xatırladaq ki, İranın Hörmüz boğazından keçən tankerlərə hücumlarından sonra dünya bazarında qiymətlər 40 dollardan çox bahalaşdı. ABŞ bunun qarşısını almaq üçün Hindistana 1 ay müddətində Rusiyanı dənizdə tankerlərdə yığılıb qalan neftini almağa icazə verdi.

Bundan ruhlanan Rusiya prezidentinin xüsusi nümayəndəsi və Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri Kirill Dmitriyev Moskva və Vaşinqtonun Rusiya neftinə qarşı sanksiyaların mümkün yumşaldılmasını müzakirə etdiklərini açıqlayıb.

Oxşar xəbərlər