Azərbaycan-Qazaxıstan əlaqələri yeni mərhələyə daxil olub

Azərbaycan-Qazaxıstan əlaqələri yeni mərhələyə daxil olub
44 gün davam edən Vətən müharibəsində Azərbaycan qələbə qazanmasından sonra Cənubi Qafqazın lider ölkəsinə çevrildi. Bundan sonra isə Azərbaycan öz gücünü daha da artırmaq üçün Türk Birliyi təşkilatı çərçivəsində ciddi fəaliyyətə başladı. O cümlədən Orta Asiya ölkələri ilə strateji müttəfiqliyi daha da artırmaq üçün tədbirlər görülməyə başlandı. Bu da cənab Prezidentin Orta Asiya ölkələrinə, Özbəkistan, Qazaxıstan, Tacikistan, Türkmənistana rəsmi səfərləri və bu səfərlər çərçivəsində əldə edilən uğurlu danışıqlardır. Türkiyədə baş verən böyük zəlzələ zamanı da Azərbaycan öz dəstəyini qardaş ölkədən əsirgəmədi. Keçdiyimiz günlərdə cənab Prezidentin qardaş Qazaxıstana rəsmi dövlət səfəri zamanı da iki dövlət arasında yüksək səviyyədə danışıqlar aparıldı. Bir sıra sahələrdə müqavilələr imzalandı. İki ölkənin prezidentləri arasında keçirilən təkbətək görüş də əhəmiyyətinə görə xüsusilə seçildi.
Bu gün Azərbaycanla Qazaxıstanın münasibətləri yüksək səviyyədə inkişaf edib. Artıq Qazaxıstanın enerji resursları Azərbaycan üzərindən Avropa daşınacaq.
Rusiya-Ukrayna müharibəsinin getdiyi bir dövrdə isə belə bir addım Azərbaycanın üzərinə yaxşı mənada yük qoyur. Azərbaycan isə öz imkanlarından istifadə edərək qardaş Qazaxıstan dövlətinin enerjisinin xaricə ötürülməsi üçün əlindən gələni edir. Bu baxımdan da münasibətlər inkişaf etməyə davam edəcək. Hesab edirəm ki, Çinin "Orta Dəhliz” layihəsi Qazaxıstan və Azərbaycandan keçməklə çox perespektivi olan bir layihəyə çevriləcək. Əsas məsələ Azərbaycan-Qazaxıstan-Çin arasında birgə əməkdaşlığın güclənməsi, birgə layihələrin həyata keçirilməsi, yükdaşımaların həcminin artırılması kimi mühüm məsələlərin müzakirə olunmasıdır. Azərbaycan və Qazaxıstan yeni layihələrin reallaşması istiqamətində konkret addımlar ata biləcək.
Bu gün Azərbaycan-Qazaxıstan əlaqələri yeni mərhələyə daxil olub. Hər iki ölkə türk dövlətləri təşkilatı çərçivəsində çox sıx əməkdaşlıq edir. Bu gün Aəzrbaycan və Qazaxıstan xüsusu ilə nəqliyyat dəhlizlərinin inkişafı, yükdaşımaların həcminin artırılması istiqamətində sıx əməkdaşlıq edir. Qazaıxtan prezidentinin ölkəmizə səfəri iki ölkə arasında əlaqələrin möhkəmlənməsinə, daha da güclənməsinə öz töhvəsini verəcək.
Nəbi Hacıyev-YAP Sabunçu rayon təşkilatının məsləhətçisi

Oxşar xəbərlər