Azərbaycanın beynəlxalq arenada nüfuzunun artmasının və qlobal tərəfdaşlıq siyasətinin uğurlu şəkildə davam etdiyinin bariz nümunəsidir

Azərbaycanın beynəlxalq arenada nüfuzunun artmasının və qlobal tərəfdaşlıq siyasətinin uğurlu şəkildə davam etdiyinin bariz nümunəsidir

Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-a rəsmi səfəri çərçivəsində Ağ Evdə keçirilən görüş, iki ölkə arasında münasibətlərin tarixində əlamətdar hadisə kimi yadda qalacaq. Prezidentin ABŞ Prezidenti Donald Tramp ilə keçirdiyi danışıqlar, həm səmimiyyəti, həm də dostluq ruhu ilə seçildi.
“Prezident Trampla görüşümüz çox səmimi şəkildə və dostluq şəraitində keçdi” – deyə Azərbaycan Prezidenti görüşdən sonra mətbuata açıqlamasında bildirdi. Onun sözlərinə görə, bu, sadəcə protokol xarakterli bir görüş deyil, qarşılıqlı hörmət, açıq dialoq və real əməkdaşlıq niyyəti üzərində qurulmuş mühüm bir siyasi platforma idi.Görüşdə tərəflər enerji təhlükəsizliyi, ticarət əlaqələri, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq, həmçinin regionda sülh və sabitliyin qorunması məsələlərini ətraflı müzakirə etdilər. ABŞ tərəfi Azərbaycanın Cənub Qaz Dəhlizi kimi beynəlxalq enerji layihələrindəki rolunu yüksək qiymətləndirdi.Prezident İlham Əliyev media nümayəndələrinə verdiyi müsahibədə bu səfərin Azərbaycan üçün strateji əhəmiyyət daşıdığını vurğuladı:
“Biz bu səfərlə Azərbaycan–ABŞ münasibətlərini yeni mərhələyə daşıyırıq. Əminəm ki, əldə etdiyimiz razılaşmalar ölkələrimiz arasında tərəfdaşlıq ruhunu daha da gücləndirəcək.”
Səfərin nəticələri həm siyasi, həm də iqtisadi müstəvidə Azərbaycan üçün geniş imkanlar açır. Bu hadisə, Azərbaycanın beynəlxalq arenada nüfuzunun artmasının və qlobal tərəfdaşlıq siyasətinin uğurlu şəkildə davam etdiyinin bariz nümunəsidir.

Balaxanı qəsəbəsi, 259 nömrəli tam orta ümumtəhsil məktəbi publik hüquqi şəxsi
tarix müəllimi Rəşad Mayılov

Oxşar xəbərlər