
Bunu Putinin iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev bildirib.
"2025-ci il avqustun 15-də neokonservatorlar və digər müharibə qızışdırıcıları gülümsəməyəcək. Putin və Tramp arasında dialoq ümid, sülh və qlobal təhlükəsizlik gətirəcək", - Dmitriyev X (tvitter) sosial şəbəkəsində yazıb.
Alyaskadakı görüşün simvolizminə işarə edən Dmitriyev qeyd edib ki, bu ərazi tarixən Rusiya və ABŞ-ni birləşdirir. Putinin xüsusi nümayəndəsi 1860-cı ilə aid xəritəni dərc edib və onun üzərində Alyaskanı “Rusiya Amerikası” adlandıraraq, ABŞ Xəzinədarlığının 1867-ci il tarixli Alyaskanın alınması üçün 7,2 milyon dollarlıq orderini və Rusiya elçisi Eduard de Stokl tərəfindən imzalanmış qəbzi də nümayiş etdirib.