Enerji sahəsində əməkdaşlıq da səfərin əsas istiqamətlərindən biri oldu

Enerji sahəsində əməkdaşlıq da səfərin əsas istiqamətlərindən biri oldu
2025-ci ilin 7–8 avqust tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına səfəri iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi. Ağ Evdə keçirilən görüşlər və imzalanan sənədlər, həm ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi, həm də Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması istiqamətində tarixi dönüş nöqtəsi oldu.
Səfər çərçivəsində Azərbaycan və ABŞ arasında “Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında” Anlaşma Memorandumu imzalandı. Bu sənəd enerji, ticarət, tranzit, süni intellekt, müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlığın institusional çərçivədə inkişaf etdirilməsini nəzərdə tutur. Strateji İşçi Qrupunun fəaliyyətə başlaması, iki ölkə arasında uzunmüddətli və sistemli tərəfdaşlığın əsasını qoyur.
ABŞ Prezidenti Donald Tramp tərəfindən Azadlığa Dəstək Aktına 907-ci düzəlişin tətbiqinin dayandırılması isə Azərbaycan üçün həm siyasi, həm də rəmzi baxımdan mühüm hadisə oldu. Bu düzəlişin ləğvi, ABŞ-Azərbaycan münasibətlərində illərlə davam edən ədalətsiz yanaşmanın aradan qaldırılması və yeni əməkdaşlıq mərhələsinin başlanması anlamına gəlir.
Prezident İlham Əliyevin səfəri çərçivəsində Azərbaycan və Ermənistan liderləri arasında “Sülh və Dövlətlərarası Münasibətlərin Təsis Edilməsi haqqında Saziş” layihəsi paraflandı. ABŞ Prezidentinin şahidliyi ilə imzalanan Birgə Bəyannamə, regionda dayanıqlı sülhün təmin olunmasına yönəlmiş iradənin və diplomatik irəliləyişin göstəricisi kimi qiymətləndirilir. Bu sənəd, həmçinin ATƏT-in Minsk Qrupunun fəaliyyətinə formal olaraq son qoyulmasını təsbit etdi.
Görüş zamanı regionda nəqliyyat kommunikasiyalarının açılması məsələsi də gündəmə gətirildi. Ermənistan ərazisindən keçəcək “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” layihəsi, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin olunmasını hədəfləyir. Bu təşəbbüs, regional inteqrasiyanı və iqtisadi inkişafı stimullaşdırmaqla yanaşı, Ermənistan üçün də yeni imkanlar yaradır.
Enerji sahəsində əməkdaşlıq da səfərin əsas istiqamətlərindən biri oldu. SOCAR və ExxonMobil korporasiyası arasında imzalanan “Əməkdaşlıq haqqında Memorandum”, ABŞ-Azərbaycan enerji tərəfdaşlığının yeni mərhələyə keçdiyini göstərdi. Bu sənəd, Azərbaycanın neft və qaz potensialının daha geniş miqyasda dəyərləndirilməsi və beynəlxalq enerji bazarlarına çıxış imkanlarının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin ABŞ-yə səfəri, yalnız diplomatik münasibətlərin möhkəmləndirilməsi deyil, həm də regional sülhün, iqtisadi inkişafın və strateji əməkdaşlığın təmin olunması baxımından tarixi əhəmiyyətə malikdir. Vaşinqtonda imzalanan sənədlər və aparılan müzakirələr, Azərbaycanın beynəlxalq mövqeyini daha da gücləndirmiş, Cənubi Qafqazda yeni bir dövrün başlanğıcını qoymuşd
Balaxanı qəsəbəsi, 69 nömrəli nömrəli məktəbin
ingilis dili müəlliməsi Gülnar Qasımova

Oxşar xəbərlər