Metroda doğulan körpənin son vəziyyəti AÇIQLANIB

Metroda doğulan körpənin son vəziyyəti AÇIQLANIB 08.08.2025-ci il tarixində Bakı Metropoliteninin "20 Yanvar" stansiyasında dünyaya gələn və Respublika Klinik Xəstəxanasına hospitalizasiya olunan yenidoğulmuşun səhhətində müsbət dinamika müşahidə olunur.

Bu barədə Ölkə.az-ın sorğusuna əsasən TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicəsi davam etdirilən körpə CPAP cihazından ayrılaraq maska oksigenlə tənəffüs dəstəyinə keçirilib.

"Vəziyyətində yaxşılaşma müşahidə olunur. Körpə ana südü ilə qidalanır, qidanı yaxşı həzm edir. Əlavə olaraq parenteral qidalanma davam etdirilir. Laborator analiz nəticəsində infeksion göstəricilərdə artım müşahidə olunduğuna görə, müvafiq intensiv müalicələr aparılır.

Ananın vəziyyəti stabil qiymətləndirilir. Zahı qadının müalicəsi Hamiləliyin patologiyası şöbəsində davam etdirilir", - deyə məlumatda əks olunub.

Oxşar xəbərlər