İslahatların davamlı şəkildə aparılması onların daha da effektliliyini təmin edən önəmli hadisələrdən biridir

İslahatların davamlı şəkildə aparılması onların daha da effektliliyini təmin edən önəmli hadisələrdən biridir İslahatlar müəyyən sahələrdə olan problemlərin aradan qaldırılması, eləcə də daha çox inkşaf etdirilməsi üçün mühüm əhəmiyyətə malikdir. Zaman-zaman müxtəlif sahələrdə, orqanlarda işin daha peşəkar qurulması üçün islahatlar həyata keçirilir. İslahatlar demək olar ki, bütün sahələri və qurumları əhatə edir.
Keçirilən islahatlar parlamentdən yan keçə bilməzdi. Keçirilən növbədənkənar parlament seçkiləri islahatların əsas tərkib hissəsidir. Milli Məclis yeni tərkibdə formalaşdırılmışdır. Parlament islahatının keçirilməsi qanunvericilik hakimiyyətinin fəaliyyətini təkmilləşdirmək və sağlam siyasi münasibətlərinin yaranması məqsədi ilə həyata keçirilmişdir.
İslahatların davamlı şəkildə aparılması onların daha da effektliliyini təmin edən önəmli hadisələrdən biridir. Bu islahatlar geniş tərkibdə və hərtərəfli aparılır.
Milli Məclisdə aparılan islahatların mahiyyəti budur ki, Milli Məclis hər cəhətdən qüsursuz fəaliyyət göstərsin. Deputatlar seçildikləri dairələrdə fəallıq göstərsinlər.
Azərbaycanın dövlət müstəqilliyi elan olunduqdan sonra xarici siyasətinin əsas istiqaməti olaraq, qonşu və digər dövlətlərlə mehriban münasibətlərin yaradılması müəyyən edilmişdir. Bu Azərbaycanın xarici siyasətinin dəqiq strategiyasıdır.
Azərbaycan Avropa dövlətləri eləcə də digər dövlətlərlə yaxın əməkdaşlıq şəraitindədir. Bu əməkdaşlıq müxtəlif və çox geniş sfreranı əhatə edir. Siyasi, iqtisadi və diplomatik əlaqələrin qurulması ölkələrarası əlaqələrin yüksək səviyyədə olduğunu göstərir.

Bakıxanov qəsəbəsi, 72 nömrəli məktəb-liseyin
Tarix müəllimi Damla Həsənzadə

Oxşar xəbərlər