Qarşılıqlı münasibətlərin inkişafında dialoq mühüm amildir. İstər daxili məsələlərdə, istərsə də xarici məsələlərdə bunu görə bilərik. Son dövrlərdə “siyasi dialoq” məvhumu daha çox aktualdır.
Siyasi dialoq cəmiyyətdə demokratik dəyər kimi qiymətləndirilməlidir. Çünki demokratiya mühiti açıq müzakirə, dialoq tələb edir. Siyasi dialoqda əsas subyektlər müxtəlif dövlət qurumları, siyasi partiyalar və s. ibarətdir.
Siyasi dialoq zamanı müxtəlif siyasi ideologiyalara məxsus tərəflər ortaq dəyərlərini paylaşaraq, öz maraqlarını, məqsədlərini cəmiyyətlə paylaşırlar. Bu ortaq dəyərlərə müstəqilliyimizin qorunması, demokratik dəyərlərə sadiqlik, insan hüquqlarının qorunması və s aid ola bilər.
Azərbaycanda siyasi sistemi möhkəmləndirilməsi, həmçinin siyasi münasibətlərin daha da gücləndirməsi, inkişaf etdirilməsinin əsasında siyasi dialoq mühitinin formalaşdırılması dayanır.
Azərbaycanda həyata keçirilən islahatlar siyasi müstəvidə sağlam əməkdaşlıq mühitinin yaradılmasına şərait yaradır. Bu islahatlar həm konseptual, həm də struktur səciyyəsi daşıyır. İslahatların nəticəsi olaraq artıq yeni siyasi dialoq mühiti də formalaşdırılmışdır.
Xüsusilə siyasi partiyalar arasında əməkdaşlığın, siyasi dialoqun inkişaf etdirilməsini siyasi bütövlük kimi qiymətləndirə bilərik. Siyasi dialoq bütün səviyyələrdə zəruridir. Bu zərurətin siyasi fəaliyyətin bütün iştirakçıları tərəfindən dərk edilməsi ölkənin siyasi fəaliyyətini daha da fəallaşdırır. Dövlətin dayaqlarının möhkəmləndirilməsi üçün siyasi dialoq əsas şərtdir.
Bakıxanov qəsəbəsi, 72 Nli məktəb-liseyin
Tarix müəllimi Damla Həsənzadə