Azərbaycanda Milli Məclisin 6-cı çağırış tərkibinin fəaliyyətə başlamasının iki ili tamamlanır. Bu müddət ərzində qanunverici orqan özünün səmərəli fəaliyyəti, deputatların fəallığı və gərgin iş rejimi ilə yadda qalıb. Əslində son çağırış parlamentin fəaliyyət istiqamətlərinin əsası Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin 2020-ci il 10 mart tarixli Milli Məclisdəki çıxışında qoyuldu. Dövlət başçısı bildirdi ki, ölkəmizdə növbədənkənar seçkilərin keçirilməsinin əsas səbəbi islahatları dərinləşdirmək, vaxt itirmədən yeni tərkibdə Milli Məclisin işini təşkil etməkdir.
Qeyd edək ki, Azərbaycanda keçirilən son parlament seçkilərinə beynəlxalq ictimaiyyət tərəfindən də yülsək qiymət verildi. Avropa İttifaqının parlament seçkiləri ilə bağlı çox obyektiv bəyanatı səsləndirildi. Qurum həmin dövrdə yeni seçilmiş deputatlarla, Milli Məclislə işləməyə hazır olduğunu açıqladı. Bu yanaşma əslində Qərbin institutsional təşkilatları tərəfindən seçkilərin tanınması demək idi.
Bu seçkilər nəticəsində bütün siyasi qüvvələrin iştirak etdiyi, demokratiyanın əsas təzahür formalarından sayılan çoxpartiyalı parlament formalaşdı. Altıncı çağırış Milli Məclis çoxpartiyalı məclis kimi ölkəmizin siyasi sisteminin təkmilləşdirilməsi işində çox böyük rola malikdir.
Dövlət başçısının birbaşa təşəbbüsü ilə həm parlament komitələrinin rəhbərliyinə, həm də vitse-spiker postuna məhz müxalifət təmsilçiləri seçildi. Sözügedən fakt Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün böyük əhəmiyyətə malikdir. Bu addım ölkəmiz daxilində sağlam, tərəflərin milli və dövlətçilik maraqları çərçivəsində dialoq və əməkdaşlıq etmək ənənəsinin əsasını qoydu. Təbii ki, ölkənin ali rəhbərliyinin siyasi iradəsinin təzahürü olan bu qərar aparılan siyasi islahatların tərkib hissəsi idi.
Əslində siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz. Artıq bir neçə ildir ki, Prezident Administrasiyasının nümayəndələri Azərbaycanda fəaliyyət göstərən və mövqeyindən asılı olmayaraq bütün siyasi qüvvələrin rəhbərləri ilə görüşlər keçirir. Onların fikirləri, rəyləri öyrənilir. Dövlət başçısını da bildirdiyi kimi, genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar mütləq aparılmalıdır.
Azərbaycan Prezidenti tərəfindən Milli Məclis qarşısında qoyulan ən mühüm vəzifələrdən biri də qanunvericilik sahəsində siyasi sistemin təkmilləşdirilməsi üçün lazımi addımlar atılması idi. Keçən müddət ərzində parlament tərəfindən Azərbaycanda çoxpartiyalı sistemin daha da möhkəm əsaslar üzərində qurulması, inkişafı naminə siyasi partiyaların fəaliyyəti üçün lazım olan bütün alətlər spektrinin mövcudluğu üçün qanunvericilik bazası təkmilləşdirildi. Siyasi partiyaların fəaliyyətinə dair mövcud olan qanunvericilik aktlarındakı zamanın tələbləri və dövlət başçısının elan etdiyi islahatlar kursu ilə uzlaşmayan məqamlar dəyişdirildi.
Xüsusi olaraq vurğulanmalıdır ki, hazırda ölkəmizdə aparılan islahatlar həm konseptual, həm də struktur xarakteri daşıyır. Bu islahatlar kadr dəyişiklikləri ilə də yadda qalır. Bəzi yerli icra orqanlarında müşahidə olunan biabırçı mənzərə, xalqımızı hiddətləndirən fəaliyyətə yol verən məmurlar idarəetmə sistemindən kənarlaşdırılır. Fəaliyyətlərində qanunları pozan, səlahiyyətlərindən sui-istifadə edənlər ağır şəkildə cəzalandırılır. Prezident İlham Əliyevin də vurğuladığı kimi, həm mərkəzi, həm də yerli
icra orqanlarında, bütün dövlət qurumlarında bundan sonra da təmizləmə işləri aparılacaqdır.
6-cı çağırış Milli Məclis aparılan islahatlara yeni təkan verdi. Məlumdur ki, parlamentin əsas fəaliyyəti məhz ölkədə qanunvericilik bazasının formalaşdırılmasıdır. Keçən müddət ərzində Milli Məclis tərəfindən islahatlar kursunun ruhuna uyğun yüzlərlə qanun qəbul edilib. Sirr deyil ki, dəyişən reallıqlar yeni mütərəqqi məzmunlu qanunların hazırlanmasını zəruri edir. Siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır. Çünki sözügedən sistem daim təkmilləşmə və müasir dövrün tələblərinin milli maraqlarla uzlaşmasını tələb edir.
Xüsusilə pandemiya dövründə yeni qlobal və regional çağırışlar fonunda aparılan iqtisadi islahatların dərinləşməsi üçün də bu işə töhfə verən qanunlar qəbulu zəruri idi. Eləcə də, milli dəyərlərimiz və onların qorunması ilə bağlı.
Azərbaycan sosial dövlətdir və atılan bütün addımlar bunu təsdiqləyir. Minimum əməkhaqlarının, minimum pensiyaların müntəzəm olaraq qaldırılması böyük iqtisadi mənbə tələb edir. Ölkəmizdə şəffaflıqla bağlı gedən proseslər, kölgə iqtisadiyyatına qarşı olan proseslər bizim iqtisadi imkanlarımızı gücləndirir, vergi bazasını genişləndirir, kölgə iqtisadiyyatına qarşı çox ciddi zərbə vurur.
Ölkənin əsas inkişaf göstəricilərindən biri də demoqrafik durumdur. Statistik məlumatlara əsasən Azərbaycan əhalisinin mütləq əksəriyyəti gənclərdir və Azərbaycanda demoqrafik mənzərə çox müsbətdir. Təbii ki, belə vəziyyət dövlətin, hakimiyyətin müxtəlif institutları arasında müəyyən çağırışlar qoyur. Gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların fəal işə cəlb edilməsi, vətənpərvərlik ruhunda tərbiyə edilməsi, xarici təsir altına düşməmələri vəs. Bu işlərin həyata keçirilməsinin əsasını isə yenə də mükəmməl qanunvericilik bazasının formalaşdırması təşkil edir.
Qeyd edək ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə elan edilən islahatlar kursu mahiyyəti həm mənəvi, həm də maddi baxımdan qüsursuz bir sistemin formalaşdırılmasını özündə ehtiva edir. Dövlət idarəçiliyində təmsil olunanlar, eləcə də Milli Məclisin üzvülərinin də fəaliyyəti məhz bu kriteriyalara uyğun olmalıdır. Deputatlar seçildikləri dairələrdə fəal olmalı və seçicilərlə daim təmasda olmalıdırlar.
Azərbaycan 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə tarixi bir zəfərə imza atdı. 30 illik işğala son qoyuldu, erməni faşizminin beli qırıldı. Bölgədə yeni reallıqlar yarandı. Təbii ki, bu möhtəşəm qələbənin əldə edilməsində yuxarıda sadaladığımız ölkəmizdəki bütün siyasi qüvvələrin vahid mövqedən çıxış edərək ümummilli məsələdə birlik nümayiş etdirməsi, güclü iqtisadiyyat, gənclərin vətənpərvər ruhda tərbiyə olunması kimi amillər mühüm rol oynadı. Qələbəni şərtlərindən ən mühüm amillərdən biri də Azərbaycanın beynəlxalq səviyyədə tutduğu mövqe, ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələridir. Sirr deyil ki, hazırda Azərbaycanın əldə etdiyi möhtəşəm qələbənin, yaratdığı yeni reallıqların təsirini azaltmaq üçün beynəlxalq səviyyədə ölkəmizə qarşı xüsusilə də erməni lobbisinin güclü maliyyə dəstəyi ilə fəaliyyət aparılır.
Bu səbəbdən həm müxtəlif dövlət strukturları, həm də parlament səviyyəsində beynəlxalq fəaliyyətin səmərəliliyi artırılmalıdır. Dövlətimizə qarşı əsassız yanaşma ortaya qoyan, ittihamlar irəli sürən təşkilatlarda daha mübariz olmalıyıq. Onların qarşısında yaxşı olmaq yox, dövlət, xalq qarşısında yaxşı olmaq lazımdır.
Bu gün tarixi zəfərdən sonra Azərbaycan müasir, dünyəvi dövlət kimi güclənir, inkişaf edir. Azərbaycan xalqı əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşayır. Əldə etdiyimiz ən böyük uğurlardan biri siyasi sabitlikdir. Siyasi sabitliyin qorunmasında bütün vətəndaşlar fəal iştirak etməlidir. Bu gün həm təhlükəsizlik, həm də sabitlik təmin edilir.
Kürdəxanı qəsəbəsi, 113 nömrəli tam orta məktəbin
direktoru Gültəkin Rüstəmova