Kəlbəcərdə 2 yaşlı uşaq bağlı qapı arxasında qaldı - Belə xilas edildi - Video

Kəlbəcərdə 2 yaşlı uşaq bağlı qapı arxasında qaldı - Belə xilas edildi - Video Kəlbəcər şəhərindəki Yeni Yaşayış massivində yerləşən dördmərtəbəli binanın ikinci mərtəbəsində azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

“Bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti Kəlbəcər Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunub.

Xüsusi vasitələrdən istifadə edərək mənzilə daxil olan yanğınsöndürən-xilasedicilər mənzildə köməksiz qalmış 2023-cü il təvəllüdlü azyaşlını xilas edərək valideynlərinə təhvil veriblər.


Oxşar xəbərlər