Parlamentin fəaliyyətində şəffaflıq amili ön palanda durmalıdır

Parlamentin fəaliyyətində şəffaflıq  amili ön palanda durmalıdır
Azərbaycanda aparılan islahatlar həm konseptual, həm də struktur xarakteri daşıyır. Həyata keçirilən islahatların səciyyəvi xüsusiyyəti bütün sahələri əhatə etməsi və davamlı həyata keçirilməsidir. Ölkədə aparılan islahatları daha da dərinləşdirmək üçün müxtəlif sahələrdə əsaslı addımlar atılmışdır.
Milli Məclisin fəaliyyətini daha da təkmilləşdirmək üçün növbədənkənar seçkilər keçirildi. 2020-ci il mart ayının 10-da VI çağırış Milli Məclisin birinci iclası baş tutdu. Deputatların səlahiyyətləri 2025-ci il martın 10-da başa çatacaq.
Müxtəlif sahələrdə həyata keçirilən islahatlar parlamentdən yan keçə bilməzdi. Milli Məclis yeni deputatlarla formalaşmışdır. Bu Milli Məclisin inkişafına daha çox kömək edəcək.
Avropa İttifaqı da keçirilən növbədənkanar seçkiləri tanıyaraq, yeni seçilmiş deputatlarla çalışmağa hazır olduğunu qetd etmişdir. Son dövrlərdə Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər müsbət yöndə xeyli irəliləmişdir. Əməkdaşlıq yüksələn xətlə inkişaf edir və ikitərəfli əlaqələr möhkəmlənir.
Parlamentin fəaliyyətində şəffaflıq amili ön palanda durmalıdır. Şəffaflıq təmin edildiyi halda hökümət üzvlərinin məsuliyyəti daha da artacaq, daha düzgün nəticələr əldə olunacaq.
Ölkədə xüsusilə dövlət qurumlarında aparılan islahatlar zamanı siyasi dialoq daha da inkişaf etdirilməlidir. Əks halda islahatların gözlənilən nəticəni verməsi çətindir. Siyasi dialoq, əməkdaşlıq mühitinin inkişaf etdirildiyi cəmiyyət inkişafa daha açıq olur.


Bakıxanov qəsəbəsi, 72 Nli məktəb-liseyin
Tarix müəllimi Damla Həsənzadə


Oxşar xəbərlər