Qitələrarası bir körpü mövqeyi daşıyırıq

Qitələrarası bir körpü mövqeyi daşıyırıq

Nəhayət ki, bu il neçə illərdən sonra Astronavtika Konqresi Azərbaycanda keçirilir. 50 il bundan öncə Ulu Öndər Heydər Əliyevin iştirakı ilə Bakıda 24-cü Beynəlxalq Astronavtika Konqresi keçirilmişdir.
Bu çox məşhur və böyük nüfuza malik olan tədbirdir. Bu il bu tədbirə 100-ə yaxın ölkə qatılıb. 5000-ə yaxın iştirakçı bu ölkələri təmsil edəcək. Azərbaycanlı mütəxəssislərin səyi nəticəsində ölkəmiz Yer səthinin müşahidə peykinə malikdir.
Son illər ölkəmizdə kosmik sənayenin inkişafı üçün bir sıra işlər görülür. Yeni mütəxəssis və kadr hazırlıqlarına diqqət artırılıb. Ölkəmizin 3 müşahidə peyki var. Bu 3 peyk təkcə ölkəmizə deyil, 45 ölkəyə xidmət edir.
Bu beynəlxalq konqresin üzvlüyi ölkəmizə dostlar və əməkdaşlar qazanmağa kömək olmuşdur.
Müstəqil ölkəmiz iki mühüm beynəlxalq təşkilatın İslam Əməkdaşlıq Təşkilatının və Avropa Şurasının üzvüdür. Azərbaycan eyni vaxtda hər iki təşkilata 100-dən artıq üzvə malikdir. Bu üzvlüklər dövlətimizə siyasi, coğrafi, mədəni baxış niyyətlərimizi əks etdirməyə əlverişli bir amildir, bir haldır.
Coğrafi yerləşmə mövqeyi çox əlverişlidir. Bu da onu strateji əhəmiyyətə malik olan bir regiona çevirir. Gözlər və diqqətlər Azərbaycana yönəlir. Qitələrarası bir körpü mövqeyi daşıyırıq.
Hər cəhətdən müsbət faktorlarımız çox yüksəkdir.
Azərbaycan yetəri qədər təbii sərvətlərə maikdir. Neft hasilatına görə öndə gedən ölkələr sırasında gedir. Qaz və enerji ehtiyatı zəngindir.
Qonşu ölkələri qaz və enerji ilə təmin edir.
Artıq ərazi bütövlüyümizi də təmin etmişik. 30 il ərzində itirdiklərimizi geri adıq və öz ərazi bütövlüyümizə qovuşduq. Yetəri qədər səbirli, dözümlü, sülhsevər olduq.
Ölkəmiz istər siyasi, istər iqtisadi, istər mədəni yöndə iri addımlarla inkişaf edir.
Son illərdə əhali rifahının yaxşılaşdırılması zəmnində xeyli işlər görülüb və görülür. İşsizlik minimum həddə çatdırılır. Bütün sahələrdə yeniliklər qeydə alınır.
İdxaldan çox ixrac olunur. Azərbaycan məhsulları və brendləri xarici ölkələrə ixrac olunur, keyfiyyət göstəricələri isə çox yüksəkdir. Bu isə iqtisadi gəlirin, ölkə kapitalının artmasına zəmin yaradır.
Azərbaycanın son ildə nailiyyətləri 4 dəfə çoxalıb. Baxmayaraq ki, ölkəmiz çox gənc müstəqil və suveren ölkədir. Cəmi 32 yaşı var. Buna baxmayaraq xeyli səciyəvi işlər görülmüşdür. Xoşbəxt ölkənin xoşbəxt vətandaşlarıyıq.


Bakıxanov qəsəbəsi, 72 nömrəli məktəb-liseyin
Tarix müəllimi Damla Həsənzadə

Oxşar xəbərlər