1973-cü ildə Ulu Öndər Heydər Əliyevin iştirakı ilə keçirilən 24-cü Beynəlxalq Astronavtika Konqresi 50 il sonra müstəqil Azərbaycanda Prezident İlham Əliyevin iştirakı ilə keçirilir. 100-dən artıq ölkəni təmsil edən, 5000 iştirakçının olduğu konqresdə cənab Prezident çıxış etmişdir. Çıxışında cəmi 32 illik müstəqilliyi dövründə Azərbaycanın qazandığı siyasi,iqtisadi uğurlara toxunub.Cənab Prezident qeyd edib ki,ölkəmiz 10 ildən artıqdır ki,kosmik ailənin üzvü olub. 45-dən artıq ölkəyə xidmət edən 3 peykimiz var. Müstəqillik dövründə Azərbaycan bir çox beynəlxalq təşkilatlara üzv olmuş, inkişaf layihələrində iştirak etmiş, Avropa institutları ilə əməkdaşlığı uğurla inkişaf etdirmişdir.
Xalqın mənafeyinə xidmət edən təbii sərvətlərimiz var, neft müstəqilliyimizi gücləndirmək, güclü iqtisadiyyat qurmaq üçün vasitədir. Bu gün biz göstəririk ki, müstəqil ölkə olmaq üçün güclü iqtisadiyyat lazımdır. Ona görə də, əsas səylərimiz güclü iqtisadiyyatın inkişafına yönəldilib.
30 ildən çox işğal altında qalan torpaqlarımız 3 il əvvəl işğaldan azad olundu və bir aydan da az müddətdir ki, biz ölkəmizin suverenliyini tam bərpa etdik.
Yekunda Konqresə ikinci dəfə ev sahibliyi etməkdən şad olduğumuzu bildirən Prezident İlham Əliyev astronavtlara minnətdarlığını bildirib.
Balaxanı qəsəbəsi, 69 saylı tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Məleykə Əkbərova