Azərbaycan hər zaman təbii sərvətlərinin zənginliyi ilə digər dövlətlərin diqqət mərkəzində olmuşdur. Bunun müsbət tərəfləri ilə yanaşı mənfi xüsusiyyəti də o olmuşdur ki, uzun əsrlər boyu torpaqlarımız xarici işğallara məruz qalmışdır.
Azərbaycan neftinin tarixi keçmişi çox qədim dövrlərə dayanır. Neft sənayesinin inkişaf tarixi bir neçə mərhələyə ayrılır və bu mərhələlərin hər birinin özünəməxsus xüsusiyyətləri var. Son mərhələ Azərbaycanın yeni tarixini əhatə edir və “Yeni neft strategiyası” kimi tarixə düşmüşdür.
Müasir dövrdə Azərbaycan nəhəng enerji infrastrukturu yaradıb. Müstəqil dövlətçilikdə enerji təhlükəsizliyi amili mühüm şərtdir.
1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması neft sənayesində yeni eranın başlanğıcını qoydu. Çətin siyasi və iqtisadi şəraitdə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi inkişafının təməlini qoymuşdur. Bu müqavilənin imzalanması iqtisadiyyatımızın inkişafında dinamik inkişaf yolunu müəyyən etmişdir.
Bu gün Azərbaycan regionun əsas güc mərkəzlərindən biridir və iqtisadiyyatımızın inkişafında neft və qaz amili mühüm əhəmiyyətə malikdir. Neft-qaz sənayesindən əldə edilən gəlirin digər sahələrin inkişafına yönəlməsi hərtərəfli inkişafın təmin edilməsinə zəmin yaradır.
Neft-qaz sektorunda tez-tez müxtəlif beynəlxalq layihələrin, sərgilərin həyata keçirilməsi sektorun daha da inkişafı üçün şərait yaradır. Beynəlxalq neft sazişlərinin imzalanması həmin sazişləri imzalayan dövlətlərin faydalı əməkdaşlığına zəmin yaradır, ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyasını sürətləndirir.
Bakıxanov qəsəbəsi, 72 nömrəli məktəb-liseyin
tarix müəllimi Damla Həsənzadə