Avropa İttifaqı ölkələri bizim əsas ticarət tərəfdaşlarımızdır

Avropa İttifaqı ölkələri bizim əsas ticarət tərəfdaşlarımızdır
Dünya ölkələri təcrübəsindən bəllidir ki, hər bir ölkədə iqtisadi inkişaf siyasi amillərdən bilavasitə asılıdır.Hazırda Azərbaycandakı müsbət siyasi mühit iqtisadi inkişaf üçün müsbət təsirə malikdir. Azərbaycan siyasətindəki uğurlu addımlar onu dünyada etibarlı tərəfdaş kimi səciyyələndirir. Azərbaycanın apardığı uzaqgörən siyasət ikitərəfli və çoxtərəfli iqtisadi əlaqələri genişləndirməyə əlverişli zəmin yaradır.
Müasir dünyada dövlətlər bir-birləri ilə artıq hərbi deyil, çoc hallarda məhz iqtisadi üsul və vasitələrlə mübarizə aparırlar.
Prezident İlham Əliyevin müasir dünyada iqtisadi və siyasi “oyun qaydaları”na dərindən bələd olması ölkəmizin maralarının bütün səviyyələrdə etibarlı şəkildə qorunmasına təminat verir.
Xarici ekspertlər dünyadanın aparıcı siyasi təhlil mərkəzləri Azərbaycanda müşahidə edilən sabitliyi, dövlətimizin beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyətinin genişlənməsini, ölkənin siyasi rəhbərliyinin çevik və tarazlı diplomatiyaya malik olmasını hər zaman yüüksək dəyərləndirirlər.
Avropa dövlətləri öz enerji təhlükəsizliklərinin daha yüksək səviyyədə təmin olunmasına bu məqsədlə alternativ mənbələrdən enerji dəhlizlərinin yaradılmasına ehtiyac duyulur.
Artıq tam güc ilə işə düşən Cənub Qaz Dəhlizi isə məhz Azərbaycanın təşəbbüsü, Azərbaycan Prezidentinin siyasi iradəsi və qətiyyəti nəticəsində reallığa çevrilən və Avropanın enerji xəritəsinə ciddi dəyişikliklər edən mühüm və böyük enerji infrastrukturudur. Əvvəllər bəzilərinə qeyri-mümkün görünən layihələr İlham Əliyevin müdrikliyi və siyasi iradəsi, layihə iştirakçıları arasında düzgün koordinasiyanın təşkili, beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq Aİ siyasi dəstəyinin təmin olunması bu layihənin uğurla tamamlanmasını təmin etdi.
Azərbaycan Prezidenti İlham Əliyev Şərq Tərəfdaşlığı Ölkələrinin videokonfrans formatında Sammitində bildirib:
“Avropa İttifaqı bizim əsas ticarət tərəfdaşımızdır. Ticarətimizin təqribən 50 faizi üzv dövlətlərin payına düşür. On beş ilə yaxındır ki, Azərbaycan Avropa bazarlarına xam neft nəql edən etibarlı təchizatdır. Cənub Qaz Dəhlizi enerji əməkdaşlığı, enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi layihəsidir.
Azərbaycan sülhsevər ölkədir.”Avropa İttifaqı ölkələri bizim üçün əsas ticarət tərəfdaşlarıdır. Azərbaycanın geosiyasi məkanda artan rolu,əlbəttə iqtisadi sahədə də, sərmayə qoyuluşu sahəsində də özünü göstərir. Bu barədə Prezident İlham Əliyev Praqada Azərbaycan televiziya kanallarına müsahibəsində deyib:
Son aylar ərzində Avropa İttifaqı ilə Azərbaycan arasında təmasların sayının çoxaldığını, qarşılıqlı etimadın artdığını qeyd edən dövlətimizin başçısı bunu çox yüksək qiymətləndirib.
Çexiyanın Baş nazirinin dediyi kimi, “Azərbaycan Avropa ölkələrinə enerji böhranından çıxmağa kömək edəcək”.
Ölkə başçısının sentyabrın 30-da Bolqarıstana rəsmi səfəri zamanı da Azərbaycanın bütün Avropanın enerji təhlükəsizliyində əhəmiyyəti qeyd olundu. Azərbaycan və Bolqarıstan bir çox sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı gücləndirmək üçün böyük potensiala malikdir. Azərbaycan Xəzər dənizində strateji mövqeyə malikdir. İki potensialın inteqrasiyası təkcə hər iki ölkə üçün deyil, həm də daha geniş coğrafi perspektivdə iki region üçün yeni imkanlar açır.
Bolqarıstanın Aİ və NATO-ya üzvlüyünü nəzərə alaraq Prezident İlham Əliyevin bu ölkəyə bu dəfəki səfəri təkcə Bakı ilə Sofiya arasında deyil, bütövlükdə bütün Avropa ilə srtateji tərəfdaşlıq münasibətlərində geniş perspektivlər açır. Bu da Azərbaycanın Aİ-nin iqtisadiyyatında rolunun artığına sübutdur.


Bilgəh qəsəbəsi, 142 №-li məktəbin direktoru
Azərbaycan Respublikasının əməkdar müəllimi Gülnaz Abdullayeva

Oxşar xəbərlər