Artıq 30 ildir baş tutan Xəzər neft-qaz sərgisi sayəsində Azərbaycan öz potensialını beynəlxalq investorlar arenasına nümayiş etdirmək üçün böyük fürsət əldə edir. Bu sərginin başlanğıcının 30 il əvvələ dayanması təsadüfi deyil, çünki həmin il həmçinin ölkəmizin taleyində dərin dəyişikliklərə yol açmış, iqtisadi cəhətdən irəliləməyə yol açmış, ölkəmizdə firavan yaşayışa və sabitliyə böyük dəstək olmuş “Əsrin müqaviləsi” imzalanmışdır. Bu müqavilənin imzalandığı dövrə nəzər yetirsək müstəqilliyini yeni əldə etmiş Azərbaycanın investorlar üçün Azərbaycanın necə riskli bir bölgə olduğunu, bəzilərinin hətta Azərbaycan haqqında məlumatının belə olmamasını, gələcəyi bəlli olmayan post-sovet ölkəsi olduğunu aydın görmək olar. Bu faktorların olmasına baxmayaraq Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti və nüfuzu sayəsində Birinci Qarabağ müharibəsindən sadəcə bir neçə ay sonra belə bir müqavilənin imzalanmasına nail oldu. Ulu Öndərin bu düşüncəli planının nəticəsi olaraq respublikamız iqtisadi cəhətdən dirçəliş dövrünə keçid etdi. Həmin dövrdə Azərbaycanda infrastrukturun yox həddində olmasına, bir milyondan çox qaçqının olmasına, texnoloji olaraq çox geridə olmağımıza baxmayaraq ağıllı siyasət nəticəsində investorlar ölkəmizə cəlb edildi. Mən deyərdim ki, öz sahəsində beynəlxalq səviyyədə keçirilən ən mühüm tədbirlərdən biri də Bakı Enerji həftəsidir və dünya liderlərinin bu tədbir üçün öz məktublarını ünvanlanması bunun sübutudur. Həmçinin ölkəmizin enerji sahəsində əməkdaşlığı digər dünya ölkələri ilə də daima uğurlu olmuşdur. Düşünürəm ki, ölkəmizdə yaradılan bu gözəçarpan dərəcədə yüksək səviyyəli infrastruktur birmənalı qarşılanmayaraq regionda bir çoxlarının heyranlığına səbəb olub. Belə ki, bunun nəticəsidir ki, materikimizin enerji xəritəsini yenidən formalaşdıraraq güclü istehsalçı roluna malik oldu.
Bildiyiniz kimi bu asan əldə olunmayıb, buna baxmayaraq qətiyyətlə hər kəs üçün təhlükəsiz bir məkan yaradaraq güvənilən şərait yaradılmışdır. Təqdirəlayiq haldır ki, ölkə rəhbərliyimiz bu sahədə daim lider olmağa, seçilməyə çalışaraq inkişaf edir, yeni layihələrə imza atır. Buna bir nümunə olaraq ötən il Avropa İttifaqı ilə imzalanan Anlaşma Memorandumunu da göstərmək olar. Düşünürəm ki, ölkəmizin sahib olduğu neft-qaz kimi bərpaolunan enerji sahəsində də yüksək potensialı var. Ölkə rəhbərimiz cənab İlham Əliyevin bu sahəyə də olan xüsusi diqqət və qayğısı sayəsində həm suda həm quruda enerji əldə edilməsi üçün yüksək dərəcəli işlər görülərək “yaşıl enerji”nin əldə olunmasına nail olunmuşdur. Zənnimcə, ölkəmizin inkişafı çərçivəsində bunlar hələ bir başlanğıcdır və inkişaf durmayacaqdır.
Zabrat qəsəbəsi, 71 nömrəli tam orta məktəbin
rus dili müəllimi Fidan Həsən Əyyubzadə