Hal-hazırda dünyada baş verən proseslər Avropa qitəsində enerji təhlükəsinə gətirib çıxardıb. Azərbaycan isə zəngin resursları ilə Avropa ölkələrinin enerji təklükəsizliyinin təmin olunmasında çox mühüm rol oynaya bilər. Bunu görən ölkə Prezidenti Azərbaycanı iqtisadi cəhətdən bir qədər gücləndirmək üçün Avropa ölkələri ilə əməkdaşlığı ən vacib məqamlardan biri sayır.Məhz bu səbəbdən də Prezident İlham Əliyev Avropanın enerji təhlükəsizliyini təkcə neft-qaz potensialı ilə deyil, alternativ enerji mənbələri hesabına da təmin etməsində əhəmiyyətli addım atıb.
Bu baxımdan Prezidentin həyata keçirditdiyi yeni enerji siyasətinin iki əsas komponentini vurğulamaq lazımdır. Belə ki, ötən ilin fevralında Rusiya-Ukrayna müharibəsinin başlanması başqa sahələrə nisbətən enerji sahəsinə çox böyük təsir etdi.Rusiyaya qarşı bir sıra sanksiyaları tətbiq etməyə başlayan Avropa özünün enerji təminatı üçün alternativ mənbələrə üz tutdu. Ötən ilin iyul ayında Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin Azərbaycana səfəri çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu ” imzalanmışdır. Deməli, Azərbaycan özünün qaz təchizatının coğrafi arealını Avropa bazarına qədər genişləndirir.
Azərbaycanın zəngin enerji mənbəyinin dünya bazarına çıxarılması istiqamətində Ümummilli lider Heydər Əliyevin uzaqgörənliyi siyasəti sayəsində 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” ilə başlanan bu şərəfli və uğurlu yol Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni dövrün ən müasir texnologiyaları ilə davam etdirilir. Bu da hələ uzun müddət Azərbaycanın Avropa ilə enerji təminatında digər müqavilələrə də imza atmağına böyük şərait yaradacaq.
Çingiz Tağıyev - Qarabağ qazisi, YAP Sabunçu rayon təşkilatının fəal üzvü