Dünyada bu günə qədər ənənəvi enerji resursları ilə diqqət çəkən Azərbaycan əslində böyük bir yaşıl enerji potensialı ilə də zəngindir

Dünyada bu günə qədər ənənəvi enerji resursları ilə diqqət çəkən Azərbaycan əslində böyük bir yaşıl enerji potensialı ilə də zəngindir
25 aprel tarixində Sofiyada Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiyanın ötürücü sistem operatorları və SOCAR arasında Anlaşma Memorandumu imzalanıb. İmzalanmış Anlaşma Memorandumu icra olunduqdan sonra Avropada enerji təhlükəsizliyini birmənalı olaraq gücləndirəcək və Azərbaycanın region ölkələri üçün əhəmiyyətini daha da artıracaqdır . Çıxışında bir çox məsələlərə toxunan İlham Əliyev həmçinin, bərpaolunan enerji mənbələrinin Azərbaycan üçün əsas prioritetlərdən birinə çevrildiyini qeyd edib. “Yaşıl” enerji kimi tanınan bu təcrübə dünyada geniş yayılıb və hesab edilir ki, Azərbaycanda da uğurla tətbiq oluna bilər. Artıq yaxın illərdə ölkənin elektroenergetikasının əlavə güc və kilovatt qazanacağı faktı bir tərəfdən ölkənin artan elektrik enerjisi tələbatını ödəyəcəyinə, digər tərəfdən isə ixrac həcmini artıracağına şübhə yeri qoymur.
Son illərdə ölkədə alternativ enerji sahəsində yeni genişmiqyaslı kampaniyaya start verilib. Təkcə Xəzər dənizinin Azərbaycan sektorunda 157 qiqavat enerji potensialı mövcuddur. Dünyada bu günə qədər ənənəvi enerji resursları ilə diqqət çəkən Azərbaycan əslində böyük bir yaşıl enerji potensialı ilə də zəngindir. Neft strategiyası ilə başlayan bu proseslərin yeni enerji trendi olan yaşıl enerji layihələrində enerji tranformasiyasına Azərbaycanın inteqrasiyasını şərtləndirəcək, böyük investisiya imkanları yaradacaq, ixracı ənənədən alternativə yönəldəcək və geosiyasi mənzərədə mühüm önəmə sahib olacaq. Azərbaycan bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Belə ki, ölkəmizin iqtisadi cəhətdən əlverişli və texniki cəhətdən istifadəsi mümkün olan bərpa olunan enerji mənbələri külək, günəş bioenerji, dağ çaylarının potensialı kimi qiymətləndirilir. Enerji sahəsində etibarlı tərəfdaş kimi Azərbaycan bütün hədəflərə nail olmaq üçün bu istiqamətdə addımları davam etdirməyə birmənalı olaraq hazırdır.


Bakıxanov qəsəbəsi, 96 nömrəli tam orta məktəbin
coğrafiya müəllimi Şəlalə Səmədova


Oxşar xəbərlər