Cənab prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan bir çox uğura imza atmış, sosial-iqtisadi inkişaf yolunda mühüm nəticələr əldə etmişdir. İqtisadi inkişaf tempi artmış, Azərbaycanın iqtisadi müstəqilliyi möhkəmləndirilmiş və ölkə borc alan ölkədən dünya və eləcə də region ölkələrinin iqtisadi inkişafına kapital yatıran güclü ölkəyə çevrilmişdir. Azərbaycan “aşağı gəlirli ölkələr” sırasından “yuxarı-orta gəlirli” ölkələr sırasına yüksəldi. Prezident İlham Əliyev 18 apreldə Salyan şəhərinə rəsmi səfəri zamanı Azərbaycan Televiziyasına verdiyi müsahibədə ictimaiyyəti maraqlandıran mühüm məsələlərə toxunub.
Dövlət başçısı Salyana səfəri zamanı rayonda görülən abadlıq quruculuq işləri ilə tanış olub, bir neçə obyektin açılışında iştirak edib. 2004-cü ildən başlayaraq Azərbaycanda regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları həyata keçirilir. Bu proqramların icrası nəticəsində bölgələrdə çox böyük genişmiqyaslı quruculuq işləri aparılmışdır. Bu quruculuq işləri bugündə Cənab Prezidentin diqqət mərkəzindədir və davamlı olaraq davam etdirilir. Salyanda açılan “ASAN xidmət “ mərkəzi ilə tanış olan İlham Əliyev “ASAN xidmət” mərkəzlərini ictimai xidmətlər sahəsində inqilab, dönüş, Azərbaycanın intellektual məhsulunun bir nümunəsi adlandırmışdır. Regionların iqtisadi inkişafı həmişə Dövlətimizin qarşısına qoyduğu, prioritet hesab etdiyi məsələrdən biridir. Region insanlarının həyat şəraitinin yaxşılaşdırılması, onların asudə vaxtlarını daha səmərəli keçirmələri üçün tikilən obyektlər, aparılan quruculuq işləri Dövlətimizin vətəndaşlara olan qayğı və diqqətinin ən bariz nümunəsidir. Neftçala rayonunda böyük balıqçılıq təsərrüfatının açılışı-bütün bunlar onu göstərir ki, ölkəmiz dinamik şəkildə inkişaf edir, sosial siyasət uğurla icra olunur. Dövlətimizin qarşısına qoyduğu ən vacib məsələlərdən biri işğaldan azad edilmiş bölgələrin- Qarabağ və Şərqi Zəngəzurun infrastrukturunun yenidən qurulması əsas prioritetdir.
Otuz il ərzində erməni vandalları əhəmiyyətli obyektləri dağıdıb, torpaqlarımızı viran qoyub, daşı-daş üstündə qoymayıblar, dünyaya miskin sifətləri ilə olmazın yalanlar danışan, özlərini zavallı və miskin göstərən barbarların artıq maskaları yırtılıb, dünya Qarabağın həqiqi mənzərəsinə Azərbaycanın obyektivindən baxır. Vaxtı ilə Qafqazın ən gözəl şəhərlərinin aqibəti ortadadır. Lakin Dövlətimiz və zəhmətkeş xalqımız həmin əraziləri yenidən qurub dirçəldəcək, şəhərlərimizin və kəndlərimizin əvvəlki əzəmətini özünə qaytaracaqdır.
Bakıxanov qəsəbəsi, 80 saylı tam orta məktəbin
Tarix müəllimi Aytən Sərdarlı